FİFA referisi Əliyar Ağayev UEFA Konfrans Liqasına təyinat alıb.
Bizim.Media AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, oktyabrın 21-də Çexiyada “Yablonets” və Danimarka “Randers”i arasında qrup mərhələsinin III tur oyununu idarə edəcək.
34 yaşlı hakimə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.
Bizim.Media