Ləğv prosesində olan “Standard Insurance” Sığorta Şirkətinin Ləgvetmə komissiyası tərəfindən şirkətə məxsus rekonstruksiya işlərindən sonra birləşdirilmiş 4 mənzil, onların ümumilikdə ilkin satış qiyməti olan 1 milyon 500 min manatdan 10 faiz aşağı olmaqla, yəni 1 milyon 350 min manata təkrar (növbəlilik qaydasında) açıq hərraca çıxarılıb.
ASC “Standard Insurance”ın Ləğvetmə komissiyasından Bizim.Media-ya bildirilib ki, təkrar hərrac “Əmlak Hərrac Mərkəzi” MMC tərəfindən oktyabrın 22-si saat 11:00-da Bakı şəhəri, Yasamal rayonu M.Rahim 4A ünvanında keçiriləcək.
Təkrar hərracda iştirak üçün satış qiymətinin 1 faizi, yəni 13 min 500 manat məbləğində beh hərracın təyin edildiyi tarixə bir iş günü qalanadək ödənilməlidir.
Bizim.Media