"Azərtütün" şirkəti özəlləşdirməyə çıxarıldı - ŞƏRTLƏR

0:00
0:00

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) "Azərbaycan Sənaye Korporasiyası" ASC-yə məxsus "Azərtütün" ASC-nin səhmlərinin 85%-nin satışı üzrə investisiya müsabiqəsi elan edib. 

Bizim.Media bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir. 

Məlumata görə, müsabiqədə hüquqi və fiziki şəxsləri ilə yanaşı, xarici investorlar da iştirak edə bilərlər. Seçim zamanı investisiyanın məbləği və səmərəliliyi ilə bağlı ən əlverişli təklif təqdim etmiş və öhdəlik götürmüş iddiaçıya üstünlük veriləcək.

"Azərtütün" Zaqatala rayonunun Yuxarı Tala kəndində yerləşir, yaş tütünün tədarükü, qurudulması və quru tütünün emalı ilə məşğuldur.
 

Onun nizamnamə kapitalı 20 331 134 milyon manatdır ki, bu məbləğ də hər birinin nominal dəyəri 2 manat olan 10 165 567 səhm əsasında formalaşıb. Bunun isə 8 640 732-i investorlara təklif olunur. 


Səhmdar cəmiyyətinin 109 nəfər işçisi var.

Onun öhdəlikləri 1 644 616 manatdır ki, bunun da 33 830 manatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna borclar, 93 910 manatı əmək haqqı və ona bərabər tutulan borclar, 201 017 manatı mal, iş və xidmətlərə görə borclar, 900 000 manatı bank kreditləri, 415 859 manatı isə sair borclardır. Müəssisənin debitor borcları isə 63 360 manatdır.

İddiaçı azı 8 milyon manatlıq İnvestisiya Proqramı təqdim etməli, alqı-satqı müqaviləsinin imzalanmasından sonra 30 gün ərzində "Azərtütün"ün hesabına təklif olunan investisiyanın 5%-i qədər, cəmiyyətin səhmlərinin alınmasına görə isə dövlət büdcəsinə 6,3 milyon manat, bu layihənin icrası ilə əlaqədar cəlb olunmuş məsləhətçi şirkətinə isə 17 700 manat ödəməlidir. 

Bunda başqa, iddiaçı ciddiliyini təsdiq edən, qalib gələcəyi təqdirdə müsabiqənin şərt və tələblərini icra edəcəyinə təminat verən 3 milyon manat vəsaiti beh kimi ƏMDX-nın Azərbaycan Mərkəzi Bankındakı hesabına köçürməlidir. Bu məbləğ qalib gəlmiş iddiaçının şərt və tələbləri yerinə yetirməsi zamanı nəzərə alınacaq, qalib gəlməyən iddiaçıların ödədiyi məbləğlər isə geri qaytarılacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Rəsmi Kiyev Rusiya ilə danışıqlardan yeniliklər gözləyir

Rəsmi Kiyev Rusiya ilə danışıqlardan yeniliklər gözləyir

Günel Aslanova vəzifəsindən AYRILDI

Günel Aslanova vəzifəsindən AYRILDI

İsrail “Hizbullah”ın raket məntəqələrinə zərbələr endirdi

İsrail “Hizbullah”ın raket məntəqələrinə zərbələr endirdi

Azərbaycanlı tələbə Oksford Universitetinə qəbul olub

Azərbaycanlı tələbə Oksford Universitetinə qəbul olub

"WhatsApp" pullu olur

"WhatsApp" pullu olur

Kərimdən təsirli AÇIQLAMA: “Anamdan heç vaxt sığal görmədim…” - VİDEO

Kərimdən təsirli AÇIQLAMA: “Anamdan heç vaxt sığal görmədim…” - VİDEO

Azərbaycana maraq artır: Daimi yaşayış üçün 349 MÜRACİƏT

Azərbaycana maraq artır: Daimi yaşayış üçün 349 MÜRACİƏT

İmtahandan kənarlaşdırılan şagird danışdı - VİDEO

İmtahandan kənarlaşdırılan şagird danışdı - VİDEO

Ermənistanın Gürcüstanla sərhədində ZƏLZƏLƏ oldu

Ermənistanın Gürcüstanla sərhədində ZƏLZƏLƏ oldu

Qusar icra başçısının növbəti səyyar qəbulu: Sakinlərin müraciətləri ilə bağlı tapşırıq verdi - FOTO

Qusar icra başçısının növbəti səyyar qəbulu: Sakinlərin müraciətləri ilə bağlı tapşırıq verdi - FOTO

“50 Cent” haqda serial çəkilir

“50 Cent” haqda serial çəkilir

Putin atəşkəs ELAN ETDİ - FOTO

Putin atəşkəs ELAN ETDİ - FOTO

Merts: “Almaniya nümayəndə heyəti İranla təmaslar üçün Pakistana yola düşür”

Merts: “Almaniya nümayəndə heyəti İranla təmaslar üçün Pakistana yola düşür”

Bakıda söküləcək binalarla bağlı VACİB AÇIQLAMA

Bakıda söküləcək binalarla bağlı VACİB AÇIQLAMA

Sevgilisinin narkotiklə bağlı etirafından sonra bunu etdi

Sevgilisinin narkotiklə bağlı etirafından sonra bunu etdi

Magistral su xətti PARTLADI: 20 mindən çox sakin susuz qaldı – FOTO

Magistral su xətti PARTLADI: 20 mindən çox sakin susuz qaldı – FOTO

London kollecini qazanan azərbaycanlı: telefona məktub gəldi

London kollecini qazanan azərbaycanlı: telefona məktub gəldi

Sabah işıq olmayacaq – BU RAYONLARDA

Sabah işıq olmayacaq – BU RAYONLARDA

Bulvarda dənizdə batan qız belə xilas edildi – ANBAAN VİDEO

Bulvarda dənizdə batan qız belə xilas edildi – ANBAAN VİDEO

Ərdoğanla Pezeşkian arasında TELEFON DANIŞIĞI: Nələr müzakirə edildi?

Ərdoğanla Pezeşkian arasında TELEFON DANIŞIĞI: Nələr müzakirə edildi?

Xamenei: “İran müharibə istəmir, ancaq öz hüquqlarından imtina etmək niyyətində də deyil”

Xamenei: “İran müharibə istəmir, ancaq öz hüquqlarından imtina etmək niyyətində də deyil”

Bu iPhone modellərində "Telegram" İŞLƏMİR

Bu iPhone modellərində "Telegram" İŞLƏMİR

Natalya Məmmədova Azərbaycana gəldi - Video

Natalya Məmmədova Azərbaycana gəldi - Video

Ürək sağlamlığını qoruyan 12 qida

Ürək sağlamlığını qoruyan 12 qida

End of content

No more pages to load

RADİO