Gürcüstanın paytaxtı Tbilisidə Gürcü Arzusu Partiyasının qurucusu Bidzina İvanişvilinin iqamətgahı önündə keçirilən Mixeil Saakaşviliyə dəstək aksiyasında 3 nəfər saxlanılıb.
Bizim.Media xəbər verir ki, əllərində "Mişaya azadlıq" plakatı olan fəallar iqamətgaha doğru yürüş ediblər.
Polis aksiyaya müdaxilə edib, etirazçılar iqamətgahın önündən uzaqlaşdırılıblar.
Bizim.Media