Sabiq prezidenti Mixeil Saakaşvilinin Gürcüstana qayıdışı ilə bağlı maraqlı fakt ortaya çıxıb. Sən demə, o, bundan əvvəl də ölkə sərhədini keçmək istəyib.
Bizim.Media xəbər verir ki, informasiya “Sputnik Georgia” nəşrində yerləşdirilib.
Mənbə yazır ki, bu haqda Gürcüstanın eks-prezidenti müxalifət televiziyası olan “Mtavari Arxi”yə yazılı müsahibəsində məlumat verib:
"Hər şey planlaşdırıldığı kimi alınmadı, ilk cəhdim demək olar ki, faciəli şəkildə başa çatacaqdı. Düzdür, bu, biznes klassla uçuş deyildi".
O, qayıtmasının əsas səbəbinin həsrət olduğunu vurğulayıb.
Bizim.Media