Xəbər verdiyimiz kimi, azərbaycanlı futbolçu Mahir Emrelinin koronavirusa yoluxması ilə bağlı xəbər yayılıb.
Bizim.Media-nın məlumatına görə, Mahir Emrelinin üçüncü dəfə verdiyi testin cavabı da neqativ çıxıb. Bundan əvvəlki ikinci test də neqativ çıxmışdı.
Qeyd edək ki, Mahir Emreli DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində bu gün keçiriləcək Seribiya-Azərbaycan matçını buraxmalı olub. Belə ki, AFFA futbolçunun oyunundan əvvəl ilk testinin müsbət çıxdığını və UEFA-nın tətbiq etdiyi tibbi protokola uyğun olaraq iştirak ərizəsinə salınmadığını açıqlayıb.
Mahir Emreli həm də Polşanın “Legiya” klubunun oyunçusudur.