DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan-İrlandiya matçında VAR sistemindən istifadə olunub.
Bizim.Media xəbər verir ki, oyunun baş hakimi Espen Eskas Mahir Emreli ilə rəqib müdafiəçi arasında ikili mübarizə zamanı penalti olub-olmamasını dəqiqləşdirmək məqsədilə VAR-a müraciət edib.
Rəqib futbolçu əli ilə oynasa da, Emreli daha əvvəl onun formasından tutub saxladığı üçün referi görüşü davam etdirib və penalti təyin etməyib. (Qol.az)
Bizim.Media