Gürcüstanın Batumi şəhərində çökmüş binanın dağıntıları altından 1 nəfərin meyiti çıxarılıb.
Bizim.Media xəbər verir ki, bununla da ölü sayı 5-ə yüksəlib.
İndiyədək bir neçə nəfər dağıntılar altından sağ çıxarılıb. Dağıntılar altında neçə nəfərin qaldığı məlum deyil.
Qeyd edək ki, ərazidə təmizləmə və axtarış-xilasetmə işləri davam etdirilir.
Bizim.Media