Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən cəmi 628 374,2 min manat həcmində sığorta haqqı yığılıb.
Bizim.Media bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən məlumat verir.
Hesabat dövründə şirkətlər tərəfindən 350 035,5 min manat həcmində ödəniş həyata keçirilib.
Hesabat əsasən, sığorta yığımları ötən ilin eyni dövrü ilə müqayisədə 10,4% artıb, ödənişlərdə isə 55,2% artım qeydə alınıb.
Bizim.Media