Tanınmış aparıcı-prodüser Tarix Əliyev (Tolik) “Xəzər TV”dən ayrılıb.
Bizim.Media xəbər verir ki, onun “Xəzər TV”nin rəhbəri, Xalq artisti Murad Dadaşova işdən çıxmaqla bağlı yazdığı ərizənin fotosu yayılıb.
“Yazıb sizdən xahiş edirəm ki, mənim 07.10.2021-ci il tarixindən öz istəyimlə əmək müqaviləmə xitam verərək, işdən azad edəsiniz”.
Qeyd edək ki, Tolik həmin kanalda “Hər şey daxil” verilişini aparıcısı idi.
M.Dadaşov həmin kanala rəhbər seçiləndən bir müddət sonra sözügedən veriliş bağlanmışdı.
Bizim.Media