Gürcüstanın baş naziri İrakli Qaribaşvili istefa verə bilər.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “Pirveli” telekanalı yayıb.
Televiziya hakim "Gürcü Arzusu" partiyasındakı mənbəyə istinadən iddia edir ki, partiya bölgələrdə keçirilən bələdiyyə seçkilərindəki uğursuzluğa görə İrakli Qaribaşvilini günahlandırır və onu indiki infrastruktur naziri İrakli Karseladze əvəz edəcək.
"Gürcü Arzusu" telekanala bu məlumatı təsdiqləməyib.
Qeyd edək ki, İrakli Qaribaşvili fevral ayında Giorgi Qaxaria istefa verdikdən sonra Gürcüstan hökumətinə rəhbərlik edib.
Bizim.Media