“Bitkoin”in dəyərində bir neçə saat içərisində kəskin artım olub.
Bizim.Media xəbər verir ki, “CoinDesk” portalı ən populyar kriptovalyutanın 54 848 dollara çatdığını bildirib.
Portal Bakı saatı ilə 09.00-da isə kriptovalyutanın dəyəri 55 080 dollar olaraq göstərib, daha sonra isə qiymət bir qədər aşağı enib.
Qeyd edək ki, “Bitkoin” 50 000 min dollarlıq səviyyəsni oktyabr ayının 5-də aşmışdı.
Xatirə, Bizim.Media