Xəbər verdiyimiz kimi, Gürcüstanın sabiq prezideni Mixeil Saakaşvilinin yeni həyatı yoldaşı, Ukrayna Ali Radasının deputatı Yelizaveta Yasko Gürcüstana gəlib. Məqsədi isə Rustavi həbsxanasında Saakaşvili ilə görüşməkdir.
Bizim.Media xəbər verir ki, “Sputnik Georgia” nəşri bir neçə dəqiqə öncə xanım deputatın Rustavi həbsxanasının ərazisini tərk etdiyi haqda görüntülər yayıb.
Videoda Yasko çoxsaylı jurnalistlərin suallarına cavab verməyib.
Hələlik onun Saakaşvili ilə görüşüb-görüşmədiyi haqda bilgi verilmir.
Bizim.Media