Cənub Qaz Dəhlizi dekabrın sonunda istifadəyə verilir

Dekabrın sonunda Cənub Qaz Dəhlizi artıq tam istifadəyə verilir. Onun son hissəsi olan TAP istifadəyə verilir.

Bizim.Media xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev xalqa müraciətində deyib.

“Ermənistan, haradasan? Kənarda qalmısan. Bu enerji dəhlizi Ermənistandan yan keçir. Kim keçirdib? Biz. Amma mənim yadımdadır, biz Bakı-Tbilisi-Ceyhan neft kəmərinin marşrutunu, – o vaxt mən Dövlət Neft Şirkətində işləyirdim, – müəyyən edərkən bizə nə qədər təzyiqlər oldu, özü də Qərb ölkələrindən. Nə üçün Ermənistandan yan keçir? Bu, Gürcüstandan yox, Ermənistandan keçməlidir.

O vaxt aparıcı Qərb ölkələri bizə şərt qoyurdu. Hətta o vaxt biz xarici kreditlərdən çox asılı idik. Yadımdadır, erməni təbliğatı, erməni lobbisi və ermənipərəst xarici dairələr tərəfindən aparılmış kampaniya nəticəsində Dünya Bankı bir il ərzində bizə veriləcək vəsaitin verilməsini təxirə saldı, dayandırdı, müxtəlif bəhanələrlə, guya ekoloji standartlar pozulur. Halbuki bu, cəfəngiyatdır.

Ermənistan, haradasan? Bakı-Tbilisi-Ceyhan yan keçdi. Bakı-Tbilisi-Ərzurum da həmçinin. TANAP da həmçinin. İndi biz qazımızı Avropaya çatdırırıq. Sən, Ermənistan, pul qazana bilərdin. Kəmərin bir hissəsi sənin əlində ola bilərdi. Sən tranzit haqqı alacaqdın. Sən özünü nədən məhrum etdin?! Dəyərdimi buna? Bu işğalçılıq, bu düşmənçilik, qonşuya qarşı bu nifrət hissləri, onları, bax, bu günə saldı.

Biz nəqliyyatla, energetika ilə bağlı bütün işləri gördük. Biz nəinki neft-qaz, elektrik enerjisi dəhlizi yaratdıq. Bu gün Azərbaycan-Gürcüstan-Türkiyə enerji dəhlizi var. Bu gün Rusiya-Azərbaycan-İran enerji dəhlizi var. Bu gün Rusiya-Azərbaycan-İran nəqliyyat dəhlizi var. Bu il bu dəhliz vasitəsilə daşınan yüklərin həcmi təqribən 30-40 faiz artıb.

Ermənistan 20 ildir ki, Şimal-Cənub nəqliyyat dəhlizi üzərində işləyir. Ortalıqda da bir şey yoxdur. Nə Şimal-Cənub dəhlizi ola bilər? Oradan, o dağlardan, o Mehri dağlarından dəmir yolu çəkmək olar? Adam gərək dəli olsun ki, oraya bir neçə milyard pul qoysun. Özü də yaxşı, tutaq ki, kimsə bu pulu verdi, sonra haraya gedəcək? Ermənistan, sən dalansan.

Biz səni dalan etdik. Kim səni təcrid etdi? Biz. Enerji, nəqliyyat, elektroenergetika - biz onu təcrid etmişdik. Bu günlərdə bu çirkin qətnamələri qəbul edənlər və onların arxasında duranlar kömək etdimi onlara? Yox. Bizim iradəmizə təsir etdimi? Yox. Nəyə görə? Çünki güclü iradəmiz var, xalq-iqtidar birliyi var. Çünki Azərbaycan 1993-cü ildən bu günə qədər etibarlı əllərdədir. Azərbaycana rəhbərlik edən Ulu Öndər və ondan sonra mən Azərbaycan xalqının maraqlarını hər şeydən üstün tutmuşuq”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yağışın fəsadları belə aradan qaldırılır – VİDEO

Yağışın fəsadları belə aradan qaldırılır – VİDEO

Tehran ABŞ infrastrukturuna zərbə endirməklə hədələdi

Tehran ABŞ infrastrukturuna zərbə endirməklə hədələdi

Vüqar Namiq Qaraçuxurlu ilə arasında baş verənlərdən DANIŞDI

Vüqar Namiq Qaraçuxurlu ilə arasında baş verənlərdən DANIŞDI

Əslən Basarkeçərdən olan 70-ə yaxın gənc təltif edildi - FOTO

Əslən Basarkeçərdən olan 70-ə yaxın gənc təltif edildi - FOTO

Polşa bu üç ölkə ilə vizasız rejimi LƏĞV EDİR

Polşa bu üç ölkə ilə vizasız rejimi LƏĞV EDİR

Məscidə qanla xaç çəkildi: Müsəlmanlara açıq təhdid

Məscidə qanla xaç çəkildi: Müsəlmanlara açıq təhdid

Verilişi bağlanan Zaur Kamal istirahətə yollandı - FOTO

Verilişi bağlanan Zaur Kamal istirahətə yollandı - FOTO

Rafael İsgəndərov nəvəsi ilə - FOTO

Rafael İsgəndərov nəvəsi ilə - FOTO

"Allah heç bir insanı böyük sevgiyə düçar etməsin" - VİDEO

"Allah heç bir insanı böyük sevgiyə düçar etməsin" - VİDEO

Tramp: “Putin NATO-dan qətiyyən qorxmur”

Tramp: “Putin NATO-dan qətiyyən qorxmur”

Eldar Əzizov Keşlədə sökülən evin yerinə baxış keçirdi - FOTO/VİDEO

Eldar Əzizov Keşlədə sökülən evin yerinə baxış keçirdi - FOTO/VİDEO

Tramp hospitala yerləşdirilib? - Şayiələr internetdə yayılıb

Tramp hospitala yerləşdirilib? - Şayiələr internetdə yayılıb

Overçuk: “Ermənistan Avropa İttifaqına daxil olarsa, Rusiya ilə hava əlaqəsi olmayacaq”

Overçuk: “Ermənistan Avropa İttifaqına daxil olarsa, Rusiya ilə hava əlaqəsi olmayacaq”

"Fənərbağça" son dəqiqələrdə "Beşiktaş"a qalib gəldi - VİDEO

"Fənərbağça" son dəqiqələrdə "Beşiktaş"a qalib gəldi - VİDEO

ABŞ senatoru Trampın İrana nalayiq müraciətini SƏRT TƏNQİD ETDİ

ABŞ senatoru Trampın İrana nalayiq müraciətini SƏRT TƏNQİD ETDİ

Rusiya Hörmüz boğazı yaxınlığında atom sualtı qayığı yerləşdirib?

Rusiya Hörmüz boğazı yaxınlığında atom sualtı qayığı yerləşdirib?

ABŞ hərbçiləri tarixinin ən cəsarətli əməliyyatlarından birini necə həyata keçirib?

ABŞ hərbçiləri tarixinin ən cəsarətli əməliyyatlarından birini necə həyata keçirib?

Kanadada NHL oyunu zamanı qadın arenada uşaq dünyaya gətirdi

Kanadada NHL oyunu zamanı qadın arenada uşaq dünyaya gətirdi

Netanyahu Trampı amerikalı pilotun xilas edilməsi münasibətilə təbrik etdi

Netanyahu Trampı amerikalı pilotun xilas edilməsi münasibətilə təbrik etdi

Hərbi Prokurorluğun qarşısında maşın yandı - FOTO/VİDEO

Hərbi Prokurorluğun qarşısında maşın yandı - FOTO/VİDEO

19 yaşlı tələbə dəm qazından zəhərlənərək öldü

19 yaşlı tələbə dəm qazından zəhərlənərək öldü

DYP-dən hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

DYP-dən hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

Qusar rayonunda son iki gündə yağan güclü yağışların vurduğu ziyan - VİDEO

Qusar rayonunda son iki gündə yağan güclü yağışların vurduğu ziyan - VİDEO

Tramp İrana qarşı ultimatumun vaxtını DƏYİŞDİ: Çərşənbə axşamı, saat 20:00-a qədər...

Tramp İrana qarşı ultimatumun vaxtını DƏYİŞDİ: Çərşənbə axşamı, saat 20:00-a qədər...

End of content

No more pages to load

RADİO