Dünya birjalarında neft qiymətləri ucuzlaşıb.
Bizim.Media xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,59 dollar geriləyərək 47,59 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,28 dollar ucuzlaşaraq 45,06 dollar olub.
“Azeri Light” markalı Azərbaycan neftinin bir barrelinin qiyməti 0,68 dollar ucuzlaşaraq 48,05 dollar təşkil edib.
Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.
Bizim.Media