"Əgər D vitamini çatışmazlığınız varsa, o zaman hər hansı xəstəliyi gözləmədən qəbul edin. Təəssüf ki, bu gün ölkədə həkim nəzarəti olmadan D və B vitamini qəbul edənlərin sayı artıb".
Bizim.Media xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssisi, aritmoloq, invaziv kardioloq Fərid Əliyev "Ümumdünya Ürək Günü" mövzusunda çıxışı zamanı deyib.
O qeyd edib ki, orqanizmdə B vitamininin artıqlığı gələcəkdə onkoloji xəstəliklərə səbəb ola bilər:
"Yəni xəstələrdə hansısa vitamin azlığı varsa, onu tamamlamağa çalışsınlar. Unutmasınlar ki, hər şeyin artığı zərərlidir”.
Bizim.Media