29 sentyabr Ümumdünya Ürək Günü münasibəti ilə aksiya keçiriləcək.
Bizim.Media xəbər verir ki, aksiya saat 15:00-da “Ganjlik Mall”da təşkil olunacaq.
Əhali Elmi-Tədqiqat Kardiologiya İnstitutu tərəfindən kardioloq, endokrinoloq və nevropatoloqlar tərəfindən müayinə olunacaq.
Müraciət edən vətəndaşların arterial təzyiqi, mərkəzi aortal təzyiqi ölçüləcək, qanda şəkərin səviyyəsi təyin ediləcək, profilaktik məqsədli izahatlar veriləcək.
İnsanlara ürək-damar xəstəliklərinin inkişaf təhlükəsini azaltmağa yönəldən tövsiyyələri əks etdirən bukletlər paylanacaq.
Bizim.Media