Dünən iki ilin rekordunu təzələyən “Brent” markalı neftin qiyməti bu gün 2,1 faiz ucuzlaşıb.
Bizim.Media xəbər verir ki, səhər saatlarında “Brent” 77,89 dollardan ticarət olunmağa başlayıb.
ABŞ xam neftinin qiyməti isə 74,12 dollara düşüb “WTI” – də 1,8% ucuzlaşma olub.
Qeyd edək ki, neft qiymətlərinin enişində ABŞ-ın “çaba”-larının rolu olduğu bildirilib. Belə ki, artıq Birləşmiş Ştatlar hökuməti bununla bağlı OPEC üzvləri ilə danışıqlara başlayıb.
Xatirə, Bizim.Media