Bu gün AŞPA-nın payız sessiyası başlayır

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) builki payız və yekun sessiyası sentyabrın 27-dən 30-dək Strasburqda keçiriləcək.

Qurumun mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, diqqət mərkəzində iqlim dəyişikliyi olacaq.

Sessiya çərçivəsində “Ətraf mühit və insan hüquqları: sağlam, təhlükəsiz və davamlı ətraf mühit hüququ” adlı yüksəksəviyyəli panel və interaktiv debatlar təşkil olunacaq.

Hələ təsdiqlənməyən gündəm layihəsinə görə, çərşənbə günü iqlim dəyişikliyi və əlaqədar proseslərin nəticələri mövzusunda yeddi müzakirə keçiriləcək.

Sessiyanın gündəliyinin təsdiqlənməsi zamanı təcili və davam edən müzakirələr üçün müraciətlər barədə qərar veriləcək, bu günə qədər onlardan yalnız beşi var. Təcili debatların təşəbbüskarları Əfqanıstandakı vəziyyəti, Latviya, Litva və Polşanın Belarusla sərhədlərində miqrasiya axınının artmasını və Avropa Şurasının Kibercinayətkarlıq Konvensiyasına yeni protokol layihəsinin əlavə edilməsinin müzakirəsini təklif ediblər. AŞPA-nın nizamnaməsinə görə, bir sessiya ərzində ən çox iki dəfə təcili müzakirələr aparıla biləcəyini nəzərə alsaq, mövzulardan biri rədd ediləcək.

Sessiyanın birinci günü Ermənistan-Azərbaycan münaqişəsinin humanitar nəticələri ilə bağlı hesabat, eləcə də sosial hüquqların gücləndirilməsi ilə sosial etimadın bərpası müzakirə ediləcək mövzular sırasında yer alacaq. Hesabatı Miqrasiya, Qaçqınlar və Əhali Komitəsinin məruzəçisi Paul Qavan hazırlayıb.
 

Payız sessiyasında Parlament Assambleyasının sıralarında gender təmsilçiliyi, eləcə də Assambleya üzvlərinin parlament toxunulmazlığının əhatə dairəsi ilə bağlı təlimatlar da debatlarda yer alacaq.


Qeyd edək ki, AŞPA-nın payız sessiyası hibrid formatda keçiriləcək. Bəzi millət vəkilləri debatlarda video bağlantı vasitəsi ilə iştirak edəcəklər.

Azərbaycanın Milli Məclisinin deputatları da AŞPA-nın payız sessiyasında iştirak edəcəklər. Nümayəndə heyətinin tərkibinə parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, qurumdakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və üzvləri - deputatlar Erkin Qədirli, Tural Gəncəliyev, Rafael Hüseynov, Nigar Arpadarai və Kamal Cəfərov daxildirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Serbiya prezidentindən İlham Əliyevə yüksək qiymət - VİDEO

Serbiya prezidentindən İlham Əliyevə yüksək qiymət - VİDEO

"Bu dəlilərin əlindən sosial şəbəkəyə girə bilmirəm"

"Bu dəlilərin əlindən sosial şəbəkəyə girə bilmirəm"

Serbiya qəzetində Ağdam şəhəri haqqında məqalə dərc olundu

Serbiya qəzetində Ağdam şəhəri haqqında məqalə dərc olundu

İlham Əliyevin "X"dəki hesabında Vuçiçlə görüşü ilə bağlı paylaşım edilib - FOTO

İlham Əliyevin "X"dəki hesabında Vuçiçlə görüşü ilə bağlı paylaşım edilib - FOTO

Messinin həyat yoldaşı Sevgililər Günündə aldığı hədiyyələrlə öyündü - FOTO

Messinin həyat yoldaşı Sevgililər Günündə aldığı hədiyyələrlə öyündü - FOTO

Qaradağlı faciəsi və onun siyasi nəticələri - VİDEO

Qaradağlı faciəsi və onun siyasi nəticələri - VİDEO

Serbiyada bayram-bayrama qarışıb - VİDEO

Serbiyada bayram-bayrama qarışıb - VİDEO

Kolumbiyada saratovlu mer qubernator olmaq istəyir

Kolumbiyada saratovlu mer qubernator olmaq istəyir

34 yaşlı qadın zəhərləndi

34 yaşlı qadın zəhərləndi

Ağstafada üç mərtəbəli fərdi ev yandı

Ağstafada üç mərtəbəli fərdi ev yandı

Şahmat üzrə Azərbaycan çempionatında 1/4 finalın ikinci partiyaları - NƏTİCƏLƏR

Şahmat üzrə Azərbaycan çempionatında 1/4 finalın ikinci partiyaları - NƏTİCƏLƏR

Serbiya prezidenti: "Ən çətin məsələlərdə Azərbaycandan dəstək almışıq" - VİDEO

Serbiya prezidenti: "Ən çətin məsələlərdə Azərbaycandan dəstək almışıq" - VİDEO

Vuçiç: "Mən yaxın vaxtlarda Azərbaycana səfər edəcəyəm" - VİDEO

Vuçiç: "Mən yaxın vaxtlarda Azərbaycana səfər edəcəyəm" - VİDEO

Bakıdan bu şəhərə birbaşa aviareyslər açılacaq

Bakıdan bu şəhərə birbaşa aviareyslər açılacaq

Əmlak bazarında bu il gözlənilən qiymətlərlə bağlı PROQNOZ

Əmlak bazarında bu il gözlənilən qiymətlərlə bağlı PROQNOZ

Vuçiçin adından verilən şam yeməyində "Ay Laçın" mahnısı - VİDEO

Vuçiçin adından verilən şam yeməyində "Ay Laçın" mahnısı - VİDEO

Tramp: Sülh Şurası ölkələri Qəzzanın bərpası üçün 5 milyard dollar ayıracaq

Tramp: Sülh Şurası ölkələri Qəzzanın bərpası üçün 5 milyard dollar ayıracaq

Aleksandar Vuçiç: “Çox şeyi İlham Əliyevdən öyrənirəm”

Aleksandar Vuçiç: “Çox şeyi İlham Əliyevdən öyrənirəm”

XƏBƏRDARLIQ: Türkiyənin 9 bölgəsinə güclü yağış yağacaq

XƏBƏRDARLIQ: Türkiyənin 9 bölgəsinə güclü yağış yağacaq

Mingəçevirdə DƏHŞƏT: 46 yaşlı kişinin üstünə spirt tökərək yandırdı

Mingəçevirdə DƏHŞƏT: 46 yaşlı kişinin üstünə spirt tökərək yandırdı

Cüdoçularımız Parisi fəth etdilər: Medal sıralamasında tarixi nəticə

Cüdoçularımız Parisi fəth etdilər: Medal sıralamasında tarixi nəticə

Anası pul vermədi, atasını benzin töküb yandırdı

Anası pul vermədi, atasını benzin töküb yandırdı

Köhnə MTK sistemi tarixə qovuşur: Yeni idarəetmə modeli nə vəd edir?

Köhnə MTK sistemi tarixə qovuşur: Yeni idarəetmə modeli nə vəd edir?

Avtomobil işıq dirəyinə çırpıldı - 2 yaralı var - FOTO

Avtomobil işıq dirəyinə çırpıldı - 2 yaralı var - FOTO

End of content

No more pages to load

RADİO