2021-ci ilin yanvar-avqust ayları ərzində yük daşımaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz azalıb.
Bizim.Media Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 124,4 milyon ton yük daşınıb.
Yüklərin 3,0 faizi dəniz, 7,8 faizi dəmir yolu, 0,3 faizi hava, 57,0 faizi avtomobil nəqliyyatı, 31,9 faizi isə boru kəməri ilə daşınıb.
Xatirə, Bizim.Media