Ermənistanın paytaxtı İrəvanda atışma olub.
Bizim.Media Ermənistan mediasına istinadla xəbər verir ki, küçədə davam edən dava kafelərdən birində başlayıb.
Naməlum şəxsin gənclərə açdığı atəş nəticəsində 2 nəfər yaralanıb.
Xəstəxanaya yerləşdirilən xəstələrdən birinin sabiq deputat Qaqik Melikyanın oğlu Sergey Melikyan olduğu bildirilib.
Bizim.Media