ATƏT-in Minsk Qrupunun həmsədrləri ABŞ-da Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə danışıqlar aparmağı planlaşdırır.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Telegram kanalları Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenkoya istinadən yayıb.
Həmsədrlər (Rusiya, ABŞ və Fransa) BMT Baş Assambleyası çərçivəsində Nyu Yorkda bir araya gələcək.
Bizim.Media