“Ən güclü erməni lobbisini İranda axtarmaq lazımdır” - Məlahət İbrahimqızı

“Son vaxtlar İran mediasında bəzi siyasətçilərin, ictimaiyyət və dövlət təmsilçilərinin Azərbaycana qarşı qərəzli mövqeləri və çıxışları Azərbaycan ictimaiyyətində kəskin etiraza səbəb olmaqla çox məyusedicidir. Çünki İran Azərbaycanla təkcə yaxın qonşu deyil, eyni zamanda ortaq tarixi və mədəniyyəti paylaşırıq. Orada bizim otuz milyondan çox soydaşlarımız var. Azərbaycan hər zaman İrana qarşı ən səmimi qonşuluq və dostluq münasibətini sərgiləyib. Çox təəssüf ki, vaxtaşırı olaraq yaxın qonşu və dost ölkədən adekvat olmayan belə münasibət heç gözlənilməyəndir”. 

Bu sözləri Bizim.Media-ya özəl açıqlamasında millət vəkili Məlahət İbrahimqızı bildirdi.
 

MÖVZU İLƏ BAĞLI:

İranın Mühafizə Korpusu Azərbaycanı təhdid etdi - FOTO


Deputat əlavə edib ki, görünür İranda Azərbaycanla yaxın qonşu və dost münasibətləri istəməyən qüvvələr var:

“Bu da təbiidir. Biz çox vaxt erməni diasporunun və lobbisinin gücünü ABŞ, Fransa və Rusiyada axtarırıq. Hesab edirəm ki, ən güclü erməni fitnəsini, erməni diasporunun gücünü və lobbisini elə İranda axtarmaq lazımdır. Tarixən İranda çox güclü imkanlara və mövqelərə malik olan erməni və ermənipərəst qüvvələr o qədər olub ki, onlar bu ölkənin siyasətinə təsir edə biliblər.

Baxın İranda on milyonlarla Azərbaycan türkü olduğu halda orada onların məktəbi yoxdur.

Lakin mətbuatdan bildiyim qədər İranda yaşayan təxminən beş yüz minə yaxın erməninin məktəbi, universiteti, erməni dilində radio və televiziyaları var. Hesab edirəm ki,  erməni və ermənipərəst qüvvələrin fitnəsi, hiyləsinə uyan bu siyasətçi və ictimaiyyətçilər anti-Azərbaycan təbliğatı aparmaqla öz dövlətlərinə qarşı olacaqlar. Azərbaycan öz gücünü və qüdrətini keçən il 44 günlük Vətən müharibəsində qazandığı Zəfərlə dünyaya nümayiş etdirdi.

Bu Zəfər təkcə təcavüzkar Ermənistan üzərində deyildi, bu qələbə həm də erməni faşizmini dəstəkləyən qüvvələr üzərində olan qalibiyyətdir.


Anti-Azərbaycan təbliğatı aparan qüvvələr bilməlidir ki, Azərbaycan xalqının yenilməz və məğlubedilməz Lideri və Müzəffər Ali Baş Kamandanı var ki, hər zaman qonşu və qonşu olmayan dövlətlərə dost əli uzadaraq humanizm göstərmişdir”.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tramp: "Xameneinin yerini canlı yayımda açıqlaya bilərdim, amma..."

Tramp: "Xameneinin yerini canlı yayımda açıqlaya bilərdim, amma..."

Bu ölkədə 3 gün ərzində 6 mindən çox insan öldürülüb

Bu ölkədə 3 gün ərzində 6 mindən çox insan öldürülüb

Xəngəlsevərlərin diqqətinə! - Risk altındasınız

Xəngəlsevərlərin diqqətinə! - Risk altındasınız

Alen Simonyandan Kremlə sərt mesaj: Verməyəcəyik

Alen Simonyandan Kremlə sərt mesaj: Verməyəcəyik

Bakıda ana uşağını küçəyə atdı - Hər kəs onun axtarır - VİDEO

Bakıda ana uşağını küçəyə atdı - Hər kəs onun axtarır - VİDEO

İranla böyük müharibə başlayır? - VİDEO

İranla böyük müharibə başlayır? - VİDEO

Serbiya prezidentindən İlham Əliyevə yüksək qiymət - VİDEO

Serbiya prezidentindən İlham Əliyevə yüksək qiymət - VİDEO

"Bu dəlilərin əlindən sosial şəbəkəyə girə bilmirəm"

"Bu dəlilərin əlindən sosial şəbəkəyə girə bilmirəm"

Serbiya qəzetində Ağdam şəhəri haqqında məqalə dərc olundu

Serbiya qəzetində Ağdam şəhəri haqqında məqalə dərc olundu

İlham Əliyevin "X"dəki hesabında Vuçiçlə görüşü ilə bağlı paylaşım edilib - FOTO

İlham Əliyevin "X"dəki hesabında Vuçiçlə görüşü ilə bağlı paylaşım edilib - FOTO

Messinin həyat yoldaşı Sevgililər Günündə aldığı hədiyyələrlə öyündü - FOTO

Messinin həyat yoldaşı Sevgililər Günündə aldığı hədiyyələrlə öyündü - FOTO

Qaradağlı faciəsi və onun siyasi nəticələri - VİDEO

Qaradağlı faciəsi və onun siyasi nəticələri - VİDEO

Serbiyada bayram-bayrama qarışıb - VİDEO

Serbiyada bayram-bayrama qarışıb - VİDEO

Kolumbiyada saratovlu mer qubernator olmaq istəyir

Kolumbiyada saratovlu mer qubernator olmaq istəyir

34 yaşlı qadın zəhərləndi

34 yaşlı qadın zəhərləndi

Ağstafada üç mərtəbəli fərdi ev yandı

Ağstafada üç mərtəbəli fərdi ev yandı

Şahmat üzrə Azərbaycan çempionatında 1/4 finalın ikinci partiyaları - NƏTİCƏLƏR

Şahmat üzrə Azərbaycan çempionatında 1/4 finalın ikinci partiyaları - NƏTİCƏLƏR

Serbiya prezidenti: "Ən çətin məsələlərdə Azərbaycandan dəstək almışıq" - VİDEO

Serbiya prezidenti: "Ən çətin məsələlərdə Azərbaycandan dəstək almışıq" - VİDEO

Vuçiç: "Mən yaxın vaxtlarda Azərbaycana səfər edəcəyəm" - VİDEO

Vuçiç: "Mən yaxın vaxtlarda Azərbaycana səfər edəcəyəm" - VİDEO

Bakıdan bu şəhərə birbaşa aviareyslər açılacaq

Bakıdan bu şəhərə birbaşa aviareyslər açılacaq

Əmlak bazarında bu il gözlənilən qiymətlərlə bağlı PROQNOZ

Əmlak bazarında bu il gözlənilən qiymətlərlə bağlı PROQNOZ

Vuçiçin adından verilən şam yeməyində "Ay Laçın" mahnısı - VİDEO

Vuçiçin adından verilən şam yeməyində "Ay Laçın" mahnısı - VİDEO

Tramp: Sülh Şurası ölkələri Qəzzanın bərpası üçün 5 milyard dollar ayıracaq

Tramp: Sülh Şurası ölkələri Qəzzanın bərpası üçün 5 milyard dollar ayıracaq

Aleksandar Vuçiç: “Çox şeyi İlham Əliyevdən öyrənirəm”

Aleksandar Vuçiç: “Çox şeyi İlham Əliyevdən öyrənirəm”

End of content

No more pages to load

RADİO