Rusiya-Gürcüstan müharibəsində həlak olan azərbaycanlı - FOTO

Xaricdə yaşayan azərbaycanlılar vətəndaşı olduqları ölkələrin qatıldığı hərbi konfliktlərdə də iştirak ediblər.

Bizim.Media xəbər verir ki, belə soydaşlarımızdan biri də 2008-ci il avqustun 8-də Rusiya ilə Gürcüstan arasında tarixə “5 günlük müharibə” adı ilə düşən hərbi konfliktdə iştirak edərək həlak olan Rafiq Aslanovdur.

Rafiq Aslanov 1988-ci il dekabrın 26-da Rusiyanın Tümen vilayətinin Xantı-Mansiysk muxtar dairəsinin Nefteyuqansk şəhərində azərbaycanlı ailəsində anadan olub.
 

2007-ci il dekabrın 10-da o, Nefteyuqansk şəhər və Nefteyuqansk rayonunun birləşmiş hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Rafiq Aslanov hərbi xidmətini Kabarda-Balkar Muxtar Respublikasının Proxladnı şəhərində keçiririb.


Orduda qumbaraatançı kimi xidmət keçən sıravi Aslanov öz bölməsi ilə birlikdə 2008-ci il avqustunda Gürcüstanın Cənubi Osetiya bölgəsində başlayan hərbi əməliyyatlara cəlb olunub.

O, müharibənin ilk günü – avqustun 8-də Tsxinvali şəhərində Rusiya Ordusu sıralarında döyüşərkən həlak olub. Ölümündən sonra “Cəsarətə görə” medalı ilə təltif olunub.

Həmin döyüşlərdə Rafiq Aslanovun əkiz qardaşı Ramiz də aktiv iştirak edib. Rafiq Aslanovun anası Tatyana Petrovna Aslanova övladının barədə bunları söyləyib:

“2007-ci ilin dekbarında mənim iki oğlum – Rafiq və Ramiz həqiqi hərbi xidmətə çağırıldılar. Artıq çağırış məntəqəsində Rafiq təşkilatçılıq qabiliyyətlərini biruzə verdi. O, gənc əsgərlərin lideri olmuşdu. Rafiq həmişə hamı üçün nümunə idi, məktəbdə yaxşı oxuyurdu, idmçan və yaradıcılıq dərnəklərində əsas təşkilatçı idi”.

Ana oğlunun ölümü ilə bağlı detalları da bölüşüb:

“İlk kolonda qumbaraatançıları daşıyan zirehli transpartyor hərəkət edirdi. Həmin transpartyorda hər iki oğlum var idi. İlk zərbəni də həmin zirehli transpartyor aldı. Döyüşdən yalnız oğlum Ramiz sağ çıxıb.
 

Onun sayəsində Rafiqin həyatının son dəqiqələri barədə məlumat ala bildik. Ailəm övladlarımla fəxr edir. Hərbi xidmətdən sonra Rafiq ya yanğınsöndürən ya da polis olmağı arzulayırdı. İndi nəvələrim böyüyür. İndi də ailəmizdə Rafiq var. Oğlum Ramiz oğluna həlak olmuş qardaşının adını verib”.


Rafiq Aslanovun xatirəsinə təhasil aldığı Nefteyuqans şəhər 3 saylı orta məktəbin foyesində xatirə guşəsi yaradılıb.

Rafiq Aslanov atasının doğma yurdunda Cəlilabadın Cəlairli kəndində dəfn olunub. (qafqazinfo)

Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Trampın tərəfdarı bu gün prezident seçkilərində qalib gələcəkmi?

Trampın tərəfdarı bu gün prezident seçkilərində qalib gələcəkmi?

Argentinada Messinin 26 metrlik heykəlinin açılışı oldu - VİDEO

Argentinada Messinin 26 metrlik heykəlinin açılışı oldu - VİDEO

Dünya çempionatında günün oyunları - GECƏNİN NƏTİCƏLƏRİ - VİDEO

Dünya çempionatında günün oyunları - GECƏNİN NƏTİCƏLƏRİ - VİDEO

Bu gün şagird və abituriyentlər Azərbaycan dili fənni üzrə imtahan verəcəklər

Bu gün şagird və abituriyentlər Azərbaycan dili fənni üzrə imtahan verəcəklər

Rusiya Ukraynaya ballistik raket zərbələrini 12 dəfə artırıb

Rusiya Ukraynaya ballistik raket zərbələrini 12 dəfə artırıb

Bu gün rezidenturaya imtahan var

Bu gün rezidenturaya imtahan var

Qəbələdə avtomobil iki piyadanı vurdu - Ölən və xəsarət alan var - FOTO

Qəbələdə avtomobil iki piyadanı vurdu - Ölən və xəsarət alan var - FOTO

Azərbaycanda gələn aydan PENSİYA YAŞI belə olacaq

Azərbaycanda gələn aydan PENSİYA YAŞI belə olacaq

Ən çox və ən az plan yeri ayrılan KOLLECLƏR

Ən çox və ən az plan yeri ayrılan KOLLECLƏR

ChatGPT istifadəçiləri üçün vacib XƏBƏRDARLIQ

ChatGPT istifadəçiləri üçün vacib XƏBƏRDARLIQ

Bakıda kollektor tikintisi evlərdə çatlar yaratdı – Bəzi sakinlər köçürüldü - VİDEO

Bakıda kollektor tikintisi evlərdə çatlar yaratdı – Bəzi sakinlər köçürüldü - VİDEO

Limonu belə yesəniz arıqlayacaqsınız

Limonu belə yesəniz arıqlayacaqsınız

Yeni mühitə ən sürətlə uyğunlaşan 3 BÜRC

Yeni mühitə ən sürətlə uyğunlaşan 3 BÜRC

Niderland - İsveç matçının ƏN YAXŞISI seçildi

Niderland - İsveç matçının ƏN YAXŞISI seçildi

Fərqanə Qasımova qızı və ikinci nəvəsi ilə - FOTO

Fərqanə Qasımova qızı və ikinci nəvəsi ilə - FOTO

Krasnodardakı hücumda gəncin bıçaqla məkana necə girdiyi MƏLUM OLUB

Krasnodardakı hücumda gəncin bıçaqla məkana necə girdiyi MƏLUM OLUB

Aygün Kazımova Röyanın oğlunun məzun gecəsində - VİDEO

Aygün Kazımova Röyanın oğlunun məzun gecəsində - VİDEO

Zelenski Belarusu növbəti dəfə HƏDƏLƏDİ

Zelenski Belarusu növbəti dəfə HƏDƏLƏDİ

Şahbaz Şərif İsveçrədəki danışıqlarda İŞTİRAK EDƏCƏK

Şahbaz Şərif İsveçrədəki danışıqlarda İŞTİRAK EDƏCƏK

Polşa prezidenti Zelenskini ordendən niyə məhrum etdiyini AÇIQLADI

Polşa prezidenti Zelenskini ordendən niyə məhrum etdiyini AÇIQLADI

DÇ-2026: Niderland İsveçi böyük hesabla məğlub etdi

DÇ-2026: Niderland İsveçi böyük hesabla məğlub etdi

Rayonlara yağış, bəzi yerlərə dolu yağıb – Faktiki hava

Rayonlara yağış, bəzi yerlərə dolu yağıb – Faktiki hava

Elza Seyidcahanın ailəsi ilə şəhər gəzintisi - VİDEO

Elza Seyidcahanın ailəsi ilə şəhər gəzintisi - VİDEO

Ağstafaya ovuc boyda dolu yağdı - VİDEO

Ağstafaya ovuc boyda dolu yağdı - VİDEO

End of content

No more pages to load

RADİO