“Qardaşlar, sizə xatırladıram ki, bu gün saat 18:00-da İrəvandakı Azadlıq Meydanına (opera teatrının yanında) toplaşacağıq. Və səssizcə, pafos və qışqırıqlar olmadan, Yerablurdakı qardaşlarımızın yanına gedəcəyik və Ermənistanın müstəqilliyinin 30-cu ildönümündə onların qisaslarını alacağımıza və Ermənistanla Qarabağın ayrılmaz olacağına and içəcəyik”.
Bizim.Media xəbər verir ki, bu fikirlər ermənilərin “Armenian Military Portal” Telegram kanalında yayılıb.
“İstəyən hər kəsdən xahiş edirəm ki, bizə qoşulub bu aldadıcı və qorxaq hökumətə göstərsinlər ki, bu gün Respublika Meydanında təşkil etmək istədikləri “bayram” əsl ermənilər üçün iyrəncdir. Bayram etməyə heç nəyimiz yoxdur”, deyə açıqlamada deyilir.
Bizim.Media