Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) üzvlərinin sayı 9-a çatıb.
Bizim.Media xəbər verir ki, təşkilatın Düşənbə şəhərində keçirilən zirvə görüşündə İranla əməkdaşlıq sənədi imzalanıb.
Bu sənəd İranın təşkilata tam üzvlüyə qəbulu üçün müvafiq işlərin başlamasını təsdiqləyir.
Qeyd edək ki, 2005-ci ildə ŞƏT-də müşahidəçi statusu əldə edən İran 2008-ci ildə tam üzvlüyə qəbul üçün ərizə versə də, 2015-ci ilədək BMT Təhlükəsizlik Şurası tərəfindən tətbiq edilmiş sanksiyalara görə bu məsələ baş tutmayıb.
Bizim.Media