Təmiz şəhər MODELİ - Avropada işləyir, Azərbaycanda nə vaxt tətbiq ediləcək? – VİDEO

Avropada illərdir tətbiq olunan tullantıların təkrar emalı sistemi şəhərlərin təmizliyinə və ekoloji tarazlığın qorunmasına mühüm töhfə verir. Xüsusi aparatlara atılan plastik, şüşə və metal qablar avtomatik olaraq emal sisteminə yönləndirilir.

Bir neçə il əvvəl bu cür qurğuların Azərbaycanda da quraşdırılması ilə bağlı müzakirələr aparılırdı. Lakin sonradan hər hansı nəticə hasil olmadı.

Bəs bu təcrübənin ölkəmizdə tətbiqi hansı faydaları verə bilər?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən ekoloq Qorxmaz İbrahimov bildirib ki, tullantıların təkrar emalı dünyanın bir çox ölkəsində artıq oturuşmuş təcrübədir:

“Avropada bu sistem illərdir fəaliyyət göstərir. Artıq mənzillərdə belə tullantıların çeşidlənməsi tətbiq edilib. Bələdiyyələr müxtəlif rəngli qablar qoyurlar və vətəndaşlar plastik, şüşə, metal tullantılarını ayrıca qablara atmalıdırlar. Əks halda cərimələnirlər. Bu, cəmiyyətin ekoloji davranışının formalaşmasında mühüm rol oynayır,” - deyə ekoloq vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycanda da bu istiqamətdə müəyyən addımlar atılsa da, proses hələ tam miqyasda formalaşmayıb:

“Bəzi alış-veriş mərkəzlərində və məhəllələrdə plastik şüşələr üçün ayrıca qutular qoyulub. Amma bu, hələ yetərli deyil. Maarifləndirmə işləri daha geniş şəkildə aparılmalıdır - televiziya, mətbuat, məktəblər bu işə cəlb edilməlidir. Cəmiyyətin bu mədəniyyətə alışması üçün davamlı iş görülməlidir,” -  deyə o əlavə edib.

Qorxmaz İbrahimov qeyd edib ki, hazırda Balaxanı Tullantıların Emalı Zavodunda müəyyən növ tullantılar ayrılaraq emala yönləndirilsə də, ölkə üzrə bu sistemin tam tətbiqindən danışmaq tezdir:
 

“Təkrar emal prosesinin tam formalaşması üçün həm infrastruktur, həm də hüquqi mexanizmlər lazımdır. Məsələn, bir zamanlar siqaretin ictimai yerlərdə çəkilməsi ilə bağlı cərimələr tətbiq olunmasaydı, bu problem də həll olunmazdı. Eyni yanaşma tullantı idarəçiliyində də tətbiq edilməlidir,” - ekoloq qeyd edib.


Hazırda Avropada hər kəsin gündəlik həyatının bir hissəsinə çevrilmiş bu sistem həm təbiəti, həm də şəhərləri qoruyur. Azərbaycanda isə tullantıların təkrar emalına dair təşəbbüslər olsa da, hələlik “qəbul edən aparat” layihəsi reallaşmayıb.

Mütəxəssislərin fikrincə, bu istiqamətdə davamlı maarifləndirmə, dövlət dəstəyi və cərimə mexanizmlərinin tətbiqi ilə tullantıların çeşidlənməsi və emalı gələcəkdə ölkəmizdə də gündəlik ekoloji vərdişə çevrilə bilər.

Bizim.Media Avropada tətbiq olunan həmin aparatı təqdim edir:


Aygün Hüseyn, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Litva Belarusda yük maşınlarının dayanması səbəbindən yaranan zərərlərə görə kompensasiya TƏLƏB EDİR

Litva Belarusda yük maşınlarının dayanması səbəbindən yaranan zərərlərə görə kompensasiya TƏLƏB EDİR

“Araz-Naxçıvan”dan qələbə, “Zirə” - “Turan Tovuz” matçında heç-heçə

“Araz-Naxçıvan”dan qələbə, “Zirə” - “Turan Tovuz” matçında heç-heçə

Bakıda doğulan müğənninin Avropada 96 milyonluq sərvəti - FOTO

Bakıda doğulan müğənninin Avropada 96 milyonluq sərvəti - FOTO

Türkiyə MN-dən Bakıdakı paradla bağlı paylaşım - VİDEO

Türkiyə MN-dən Bakıdakı paradla bağlı paylaşım - VİDEO

Trampın doğulduğu ev SATIŞA ÇIXARILDI - FOTO

Trampın doğulduğu ev SATIŞA ÇIXARILDI - FOTO

XİN başçısı: “2026-cı ildə sülh sazişinin imzalanmasına nikbin baxıram"

XİN başçısı: “2026-cı ildə sülh sazişinin imzalanmasına nikbin baxıram"

Küçədə qətlə yetirilən Ayşənin üç övladı var imiş - TƏFƏRRÜAT/VİDEO

Küçədə qətlə yetirilən Ayşənin üç övladı var imiş - TƏFƏRRÜAT/VİDEO

Çin uzunömürlülük eliksiri üzərində İŞLƏYİR

Çin uzunömürlülük eliksiri üzərində İŞLƏYİR

“Bavariya”dan mövsümün İLK MƏĞLUBİYYƏTİ

“Bavariya”dan mövsümün İLK MƏĞLUBİYYƏTİ

Bulvarda Zəfər Günü münasibətilə möhtəşəm atəşfəşanlıq - VİDEO

Bulvarda Zəfər Günü münasibətilə möhtəşəm atəşfəşanlıq - VİDEO

Azərbaycan derbilərində hansı stadionlar daha çox ev sahibi olub?

Azərbaycan derbilərində hansı stadionlar daha çox ev sahibi olub?

Qara düyünün FAYDALARI

Qara düyünün FAYDALARI

Mərhum atasından danışan Röya KÖVRƏLDİ - EKSKLÜZİV VİDEO

Mərhum atasından danışan Röya KÖVRƏLDİ - EKSKLÜZİV VİDEO

Azərbaycan derbilərinin baş hakimləri AÇIQLANDI

Azərbaycan derbilərinin baş hakimləri AÇIQLANDI

Dörd bürc noyabrda həyatlarının ƏN YAXŞI qərarını verəcək

Dörd bürc noyabrda həyatlarının ƏN YAXŞI qərarını verəcək

Kiyev zülmətə QƏRQ OLDU - VİDEO

Kiyev zülmətə QƏRQ OLDU - VİDEO

Alper Gezeravcı Zəfər Günü ilə bağlı kosmosdan FOTOLAR paylaşdı

Alper Gezeravcı Zəfər Günü ilə bağlı kosmosdan FOTOLAR paylaşdı

Xankəndidə atəşfəşanlıq oldu - VİDEO

Xankəndidə atəşfəşanlıq oldu - VİDEO

Hidayət Heydərov İslamiadanın ikiqat QALİBİ OLDU

Hidayət Heydərov İslamiadanın ikiqat QALİBİ OLDU

Həmin gecə onlar aparıcılıq edəcəklər

Həmin gecə onlar aparıcılıq edəcəklər

Şuşa səmasında “Zəfər atəşfəşanlığı” - VİDEO

Şuşa səmasında “Zəfər atəşfəşanlığı” - VİDEO

Zəfər Günü münasibətilə Bakıda təntənəli bayram konserti KEÇİRİLİR

Zəfər Günü münasibətilə Bakıda təntənəli bayram konserti KEÇİRİLİR

Zəfər Paradında iştirak edən yüksək səviyyəli qonaqlar - SİYAHI

Zəfər Paradında iştirak edən yüksək səviyyəli qonaqlar - SİYAHI

Hərbi paradda 5 mindən çox şəxsi heyət İŞTİRAK ETDİ

Hərbi paradda 5 mindən çox şəxsi heyət İŞTİRAK ETDİ

End of content

No more pages to load

RADİO