“Sözçü” qəzetinin məşhur jurnalisti Deniz Zeyrek: “Könlüm keçir Qarabağdan...”

“Sübuta gərək yox, qızıl atları yetər. Qarabağ Azərbaycandır”

Bizim Media xəbər verir ki, bu sözlər Türkiyənin “Sözçü” qəzetinin köşə yazarı Deniz Zeyrekin yeni köşə yazısının adıdır. Qarabağdan bəhs edən köşə yazısı oxucuların böyük marağına səbəb olub və yüzlərlə insan sözügedən yazını paylaşıb.

D.Zeyrekin “İki gün öncə dostum məmləkətdən bir görüntü göndərib və altına “qar dənələri mövsümü” açılıb yazıb” sözləri ilə başladığı köşəsində qeyd edib ki, həyatımın 16 ilini keçirdiyim Qarsda qar dənələri məşhurdur. Əgər qar dənələri yağırsa, gündüz vaxtı qaranlıq çökər, göz gözü görməz və qar dənələri qurşuna bənzər. 

Müəllif yazır ki, qışda qar yağanda elə uğultu səsi gəlir, soyuq olur ki, Qarsın kəndlərində evlərin qapıları çölə yox, içəri açılır:

“Dostumun göndərdiyi şəkilə baxanda xəyalımda uşaqlıq illərimə qayıtdım. Qarın yağdığı soyuq qış gecələrində sobanın yanında yerdə oturub atamın Singer markasından olan radiosunda Kıbrısın Bayrak radiosunu və Azərbaycan sovet radiosunu axtardığım günlər yadıma düşdü.

Radionun sağındakı böyük düyməni həssaslıqla çevirib, qısa dalğadan azərbaycanlı sənətçinin 11 simli tarın səsini dinləmək möhtəşəm bir duyğu idi.

Oxuyanın adını və nə söylədiyini  bilməsəm də, “Könlüm keçir Qarabağdan, gah bu dağdan, gah o dağdan, axşamüstü qoy uzaqdan havalansın Xanın səsi, Qarabağın şikəstəsi...” ürəyimə toxunardı. Sonralar öyrəndim ki, o möhtəşəm səs sahibinin adı Xan Şuşinskidir. Hələ bir də Rəşid Behbudovun “Küçələr”, “Ayrılıq”, “Uzun gecələr” ifalarını dinləyəndə özümüzü unudurduq. 

O qar dənəli uzun qış gecələrində isti yuvamızda qısa dalğa radiodan dinlədiyimiz möhtəşəm səslər məni o torpaqlara bağlamışdı.

Sovetlər birliyi dağılandan sonra on dəfə ziyarət etdiyim Azərbaycanda ən çox o səslərin izinə düşdüm.

Kəndləri gəzib köhnə valları topladım. Üzeyir Haçıbəylinin “Leyli və Məcnun” operasını, tenor Bülbülü, Behbudovu dinlərkən hiss etdiyim yaxınlıq babamın o torpaqlardan Anadoluya köç edərkən sadəcə genlərimizi deyil, böyük bir mədəniyyət mirasını da gətirdiyini düşünürdüm.

Dədəmin köç zamanı gətirdiyi, sahib çıxa bilmədiyimiz xalçanın üzərindəki naxışın Bakıda gördüyüm Qarabağ xalçalarının naxışlarıyla eyni olduğunu öyrəndim. Uşaqlığımda ata minərkən işlətdiyimiz “cıdıra qalxmaq” sözünün Qarabağ atlarının cəld gedərkən, şahə qalxarkən anlamına gəldiyini öyrəndim.

Sonradan öyrəndiyim başqa bir şey “Cıdır düzü”ndə yetişdirilən möhtəşəm qızıl atların sadəcə Rusiyadakı Don atlarının deyil, bir çox at növünün əcdadı olması idi.

Qurban Səidin “Əli və Nino” əsərində “ata baxdım və heyrət içində qaldım” sözləri Qarabağ atlarına xitabən yazılıb. Önümdə Qarabağın qızıl möcüzəsi, yer üzündə olan 12 qızıl atdan bir dənəsi...

Bu üzdən nə zaman Qarabağın durumundan söz edilirsə tərəddüdsüz “Qarabağ Azərbaycandır” deyirəm. Şuşann, Füzulinin, Kəlbəcərin  işğaldan azad edildiyi xəbərini alınca, uşaqkən Singer radionun qısa dalğasında möhtəşəm səsləri duyduğum anın xoşbəxtliyini yaşayıram.  

Bizim Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ağdaşda avtomobil aşdı: 1 ölü, 1 yaralı var

Ağdaşda avtomobil aşdı: 1 ölü, 1 yaralı var

Balıq alarkən DİQQƏTLİ OLUN - VİDEO

Balıq alarkən DİQQƏTLİ OLUN - VİDEO

İnsan ömrü 200 ilə qədər uzana bilər

İnsan ömrü 200 ilə qədər uzana bilər

Faiq Hüseynov vəfat etdi

Faiq Hüseynov vəfat etdi

Çexiyada İsrailin silah zavodu yandırıldı

Çexiyada İsrailin silah zavodu yandırıldı

Cüdoçumuz “Böyük Dəbilqə”də gümüş medal qazandı

Cüdoçumuz “Böyük Dəbilqə”də gümüş medal qazandı

Türkiyədə silahlı insident: Gənc futbolçu öldürüldü, müğənni saxlanıldı

Türkiyədə silahlı insident: Gənc futbolçu öldürüldü, müğənni saxlanıldı

Rusiya İranı ABŞ-a satdı, əvəzində Ukraynanı istəyir - İDDİA

Rusiya İranı ABŞ-a satdı, əvəzində Ukraynanı istəyir - İDDİA

Vahid Ələkbərovun şirkətinin xalis zərəri HƏR KƏSİ şoka saldı

Vahid Ələkbərovun şirkətinin xalis zərəri HƏR KƏSİ şoka saldı

Təbrizə zərbələr: 13 "Bəsic" üzvü öldürüldü - FOTO

Təbrizə zərbələr: 13 "Bəsic" üzvü öldürüldü - FOTO

Britaniyadan ABŞ-a DƏSTƏK - DETALLAR

Britaniyadan ABŞ-a DƏSTƏK - DETALLAR

Dövlət qulluğunda yeni ƏMƏKHAQQI MODELİ - İslahatların mahiyyəti və beynəlxalq təcrübə

Dövlət qulluğunda yeni ƏMƏKHAQQI MODELİ - İslahatların mahiyyəti və beynəlxalq təcrübə

Motosiklet qəzasında ölən şəxs Şuşa uğrunda döyüşən zabit imiş - FOTO

Motosiklet qəzasında ölən şəxs Şuşa uğrunda döyüşən zabit imiş - FOTO

Xankəndidə bayram konserti keçirildi - FOTO/VİDEO

Xankəndidə bayram konserti keçirildi - FOTO/VİDEO

Arda Gülerdən Kənan Yıldıza: Avropada türk fırtınası - FOTO

Arda Gülerdən Kənan Yıldıza: Avropada türk fırtınası - FOTO

Tramp: “İranla savaşı elə bu saat bitirərəm, amma...”

Tramp: “İranla savaşı elə bu saat bitirərəm, amma...”

Putinin dostundan ŞOK AÇIQLAMA: ABŞ və İsrail uduzacaq

Putinin dostundan ŞOK AÇIQLAMA: ABŞ və İsrail uduzacaq

Ukraynada bu il prezident seçkiləri keçiriləcəkmi? - RƏSMİ CAVAB

Ukraynada bu il prezident seçkiləri keçiriləcəkmi? - RƏSMİ CAVAB

Kamran Əliyevə AĞIR İTKİ

Kamran Əliyevə AĞIR İTKİ

"Neftçi" "İmişli"ni darmadağın etdi - VİDEO

"Neftçi" "İmişli"ni darmadağın etdi - VİDEO

Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda duman olacaq

Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda duman olacaq

Leyla Əliyevadan Ramazan bayramı paylaşımı - VIDEO

Leyla Əliyevadan Ramazan bayramı paylaşımı - VIDEO

Gəncədə ağır qəza: 2 nəfər xəstəxanaya aparıldı

Gəncədə ağır qəza: 2 nəfər xəstəxanaya aparıldı

İran yenə İsrailə raket atdı

İran yenə İsrailə raket atdı

End of content

No more pages to load

RADİO