ABŞ-da “Boz qurdlar”ı terror təşkilatı kimi tanımaq təklif olunub.
Bizim.Media “Armenian Life”a istinadən xəbər verir ki, bunu nümayəndələr palatasında ABŞ-ın Demokratik partiyasının üzvü Dina Titus təklif edib.
Onun fikrincə, “ABŞ-ın 2022-ci il milli müdafiə vəzifələri” qanun layihəsinə dəyişiklik etmək lazımdır.
Həmin qanun layihəsində Türkiyənin “Boz qurdlar” təşkilatı terrorizm birliyi sayılır və ABŞ-da fəaliyyətləri qadağan olunur. Qanun layihəsində Azərbaycana hərbi yardımın dyandırılması da təklif olunur. Layihəni dəstəkləyənlərin Bakıdan əsas tələbi erməni diversantların qaytarılmasıdır.
Bizim.Media