"Hindistanla Azərbaycan arasında yaxın əlaqələr qurulub".
Bizim.Media xəbər verir ki, bunu Hindistanın Azərbaycandakı səfiri Bavitlunq Vanlalvavna ölkəsinin Texniki və İqtisadi Əməkdaşlıq (İTEC) proqramının ildönümünə həsr olunan tədbirdə bildirib.
Onun sözlərinə görə, cari il iki ölkə arasında ticarət dövriyəsinin həcmi 21 faiz artıb, həmçinin mədəniyyət sahəsində də əlaqələr inkişaf edib.
Diplomat vurğulayıb ki, ötən il koronavirus pandemiyası ilə bağlı onlayn formatda fəaliyyət göstərən İTEC proqramından 2020-ci ildə Azərbaycanın 90 nəfər dövlət məmuru yararlanıb.
Bizim.Media