Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasının "Mü" ştammına yoluxma faktı qeydə alınmayıb.
Bizim.Media xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.
O bildirib ki, "Mü" ştammı hazırda əsasən Cənubi Amerikada geniş yayılıb.
H.Harmancı bildirib ki, yoluxma faktı ilə bağlı Azərbaycan səhiyyə strukturlarında, əlbəttə ki, vaxtaşırı analizlər aparılır:
“COVID-19-un "Mü" ştammı ilə yoluxma faktı qeydə alındıqda ictimaiyyət bu barədə məlumatlandırılacaq".
Bizim.Media