İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Ombudsmanlar Assosiasiyasının nümayəndə heyəti Şuşaya faktaraşdırıcı missiya çərçivəsində Cıdır düzündə olub.
Bizim.Media xəbər verir ki, nümayəndə Cıdır düzünü gəzdikdən sonra heyətin Şuşaya səfəri baş çatıb.
Səfərdə Azərbaycan Ombudsmanı Səbinə Əliyeva, İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının Prezidenti, Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoçun rəhbərlik etdiyi nümayəndə heyəti, OA-nın Baş katibinin müşaviri Muhammad Javed Ghani və Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı iştirak edib.
Şuşada həyata keçirilən monitorinq zamanı əldə edilən nəticələr əsasında hesabat hazırlanaraq beynəlxalq təşkilatlara göndəriləcək. (Apa)
Bizim.Media