Prezidentdən yeni icra başçılarına XƏBƏRDARLIQ: “Təmiz işləmək istəmirsinizsə...” - VİDEO

“Bunu mən dəfələrlə demişəm, bir daha demək istəyirəm, sizə də deyirəm və bu gün bütün digər məmurlara deyirəm - əgər məmurlar öz işində yenə də bu çirkin əməllərdən əl çəkməsələr, onların da aqibəti eyni olacaq”. 

Bizim.Media-nın xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rafiq Cəlilovu Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı və Rəşad Tağıyevi Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edərkən deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev: “Heç kim qanundan yuxarı dayana bilməz”


“Son illər ərzində bir çox yüksəkvəzifəli məmurlar, yerli və mərkəzi icra orqanlarının rəhbərləri, eyni zamanda, sabiq rəhbərlər, nazirlər, icra başçıları cinayət məsuliyyətinə cəlb edilmişlər.

Nəyə görə? Törətdikləri cinayətlərə görə, əməllərə görə. Hər kəs bilməlidir ki, heç kim məsuliyyətdən canını, yaxasını qurtara bilməz.

Bunu mən dəfələrlə demişəm, bir daha demək istəyirəm, sizə də deyirəm və bu gün bütün digər məmurlara deyirəm - əgər məmurlar öz işində yenə də bu çirkin əməllərdən əl çəkməsələr, onların da aqibəti eyni olacaq. Hətta çıxışlarımın birində demişdim ki, əgər təmiz işləmək istəmirsinizsə, getməyin bu işlərə, razılıq verməyin, yoxsa bədbəxt olacaqsınız. Əgər siz bu məsuliyyətin altına girirsinizsə, onda, bax, dediyim kimi, qanun çərçivəsində işləməlisiniz və bu yüksək etimadı doğrultmalısınız.
 

Elə işləməlisiniz ki, vətəndaşlar sizdən razı olsunlar. Ancaq indi istintaq materiallarının bir çoxunda göstərilir ki, bir neçə rayonun icra başçıları hətta sosial cəhətdən ən həssas təbəqənin nümayəndələrindən də pul, rüşvət almışlar.


İşsizliyin səviyyəsini azaltmaq, xüsusilə dünyada gedən böhranlı vəziyyəti, sosial-iqtisadi böhranı, pandemiya dövrünü nəzərə alaraq mənim təşəbbüsümlə ən həssas təbəqə üçün yüz minə yaxın ödənişli ictimai iş yeri açılıbdır və orada məvacib minimum əməkhaqqına bərabərdir.

Bunları da çox görüblər o insanlara və onların da ödəniş kartlarını öz kabinetlərində saxlayaraq oradan pul çəkmişdilər.

Yəni, bu qədər vicdansızlıq ola bilərmi? Məşhur videokadrlar var. Dəstəyə, sosial müdafiəyə ehtiyacı olan ailələrə Heydər Əliyev Fondu tərəfindən göndərilən humanitar yardımın da dalına keçirlər. Bu videokadrlar var, hər kəs bunu görüb və nifrət edib o adamlara ki, nə qədər yardım göndərilib, bunun filan faizini götürək bazarda sataq.

Bu qədər alçaqlıq, vicdansızlıq ola bilər?!

Bu insanlar özlərini biabır edirlər, bizim iqtidarımıza ləkə vururlar. Əgər kimsə hesab edir ki, bu, onlar üçün nəticəsiz qalacaq, səhv edir”, - deyə Prezident bildirib. 

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Saşa İliç: "Araz-Naxçıvan"la oyunda bəxtsizliklə üzləşdik"

Saşa İliç: "Araz-Naxçıvan"la oyunda bəxtsizliklə üzləşdik"

Ürək və bağırsaqlar üçün möcüzəvi QİDA

Ürək və bağırsaqlar üçün möcüzəvi QİDA

İran ABŞ ilə barışır?

İran ABŞ ilə barışır?

Rusiyanın strateji limanı bombalandı

Rusiyanın strateji limanı bombalandı

Tramp: "Xameneinin yerini canlı yayımda açıqlaya bilərdim, amma..."

Tramp: "Xameneinin yerini canlı yayımda açıqlaya bilərdim, amma..."

Bu ölkədə 3 gün ərzində 6 mindən çox insan öldürülüb

Bu ölkədə 3 gün ərzində 6 mindən çox insan öldürülüb

Xəngəlsevərlərin diqqətinə! - Risk altındasınız

Xəngəlsevərlərin diqqətinə! - Risk altındasınız

Alen Simonyandan Kremlə sərt mesaj: Verməyəcəyik

Alen Simonyandan Kremlə sərt mesaj: Verməyəcəyik

Bakıda ana uşağını küçəyə atdı - Hər kəs onun axtarır - VİDEO

Bakıda ana uşağını küçəyə atdı - Hər kəs onun axtarır - VİDEO

İranla böyük müharibə başlayır? - VİDEO

İranla böyük müharibə başlayır? - VİDEO

Serbiya prezidentindən İlham Əliyevə yüksək qiymət - VİDEO

Serbiya prezidentindən İlham Əliyevə yüksək qiymət - VİDEO

"Bu dəlilərin əlindən sosial şəbəkəyə girə bilmirəm"

"Bu dəlilərin əlindən sosial şəbəkəyə girə bilmirəm"

Serbiya qəzetində Ağdam şəhəri haqqında məqalə dərc olundu

Serbiya qəzetində Ağdam şəhəri haqqında məqalə dərc olundu

İlham Əliyevin "X"dəki hesabında Vuçiçlə görüşü ilə bağlı paylaşım edilib - FOTO

İlham Əliyevin "X"dəki hesabında Vuçiçlə görüşü ilə bağlı paylaşım edilib - FOTO

Messinin həyat yoldaşı Sevgililər Günündə aldığı hədiyyələrlə öyündü - FOTO

Messinin həyat yoldaşı Sevgililər Günündə aldığı hədiyyələrlə öyündü - FOTO

Qaradağlı faciəsi və onun siyasi nəticələri - VİDEO

Qaradağlı faciəsi və onun siyasi nəticələri - VİDEO

Serbiyada bayram-bayrama qarışıb - VİDEO

Serbiyada bayram-bayrama qarışıb - VİDEO

Kolumbiyada saratovlu mer qubernator olmaq istəyir

Kolumbiyada saratovlu mer qubernator olmaq istəyir

34 yaşlı qadın zəhərləndi

34 yaşlı qadın zəhərləndi

Ağstafada üç mərtəbəli fərdi ev yandı

Ağstafada üç mərtəbəli fərdi ev yandı

Şahmat üzrə Azərbaycan çempionatında 1/4 finalın ikinci partiyaları - NƏTİCƏLƏR

Şahmat üzrə Azərbaycan çempionatında 1/4 finalın ikinci partiyaları - NƏTİCƏLƏR

Serbiya prezidenti: "Ən çətin məsələlərdə Azərbaycandan dəstək almışıq" - VİDEO

Serbiya prezidenti: "Ən çətin məsələlərdə Azərbaycandan dəstək almışıq" - VİDEO

Vuçiç: "Mən yaxın vaxtlarda Azərbaycana səfər edəcəyəm" - VİDEO

Vuçiç: "Mən yaxın vaxtlarda Azərbaycana səfər edəcəyəm" - VİDEO

Bakıdan bu şəhərə birbaşa aviareyslər açılacaq

Bakıdan bu şəhərə birbaşa aviareyslər açılacaq

End of content

No more pages to load

RADİO