Britaniyalı məşhur müğənni, aktrisa və model Sara Hardinq 39 yaşında vəfat edib.
Bizim.Media “ria novosti” -yə istinadən xəbər verir ki, bu barədə onun anası İnstaqram səhifəsində məlumat yayıb.
“Çoxlarınız Saranın xərçənglə son günə qədər mübarizə apardığını bilirdiniz. Bu gün səhər vəfat etdi. O, parlayan ulduz idi və ümid edirəm ki, belə də xatırlanacaq”, - deyə bildirilib.
Qeyd edək ki, S.Hardinq “Girls Aloud” qrupunun solisti kimi məşhurluq qazanmışdı. O, həmçinin 100 britaniyalı gözəl siyahısına da daxil edilmişdi. Hardinq karyerası dövründə bir çox filmlərdə də rol almışdı.
Bizim.Media