Gorus-Qafan yolunun Qubadlıdan keçən hissəsində vəziyyət necədir?

Ermənistanı İranla birləşdirən Gorus-Qafan yolunun Azərbaycanın Qubadlı rayonunun ərazisindən keçən hissəsində hərəkət elə təşkil olunub ki, ermənilər daha bu yoldan sürətlə keçib gecə bilməyəcəklər. 

Bizim.Media xəbər verir ki, onlar Azərbaycan sərhədçilərinin postlarının yanında sürəti minimuma endirməli və beton blokların arasından keçib getməlidir.

Xatırladaq ki, yol Azərbaycan sərhədçisinə edilən hücumun ardınca bağlanmışdı və nəticədə Ermənistanla İran arasında əsas quru əlaqəsi də kəsilmişdi.

Rusiya tərəfinin iştrakı ilə üç gün davam edən danışıqlardan sonra Azərbaycan tərəfi yenidən yolu açdı, amma sərhədçilərin postlarının yanında hərəkəti beton bloklarla məhdudlaşdırdı.
 

MÖVZU İLƏ BAĞLI:

Paşinyan “21 km Azərbaycan ərazisidir” dedi – TƏLƏB YERİNƏ YETİRİLDİ


Ermənistanda nəşr olunan “Qraparak” qəzeti yolun əslində “qismən açıldığını” yazır.

Belə ki, azərbaycanlılar iki-üç yerdə magistrala beton bloklar düzüblər və hərəkəti məhdudlaşdırıblar. Beton bloklar Azərbaycan sərhədçilərinin postlarının qarşısında qoyulub.

“Bizim mənbələrimiz deyirlər ki, yolun bu hissəsini keçərkən maşınların hərəkət sürəti minimuma endirilir, çünki ziqzaqvari beton blokların qoyulması nəticəsində hərəkət üçün ancaq dar zolaq açıq qalıb.

Sürət minimuma endirildiyindən Azərbaycan tərəfi yoldan keçənləri çox rahatlıqla identifikasiya edə bilər və bu da əlavə risklər yaradır. İndi adamlar ya bu yoldan keçməməyə çalışacaqlar, xüsusən ona görə ki, Milli Təhlükəsizlik Xidməti bir neçə ay əvvəl sürücüləri bu yolu dayanmadan, sürətlə keçməyə çağırmışdı”,-qəzet yazır.

Bildirilir ki, ola bilsin Ermənistan rəhbərliyi yolun açılması üçün hansısa öhdəlik də götürüb, amma bunun nədən ibarət olduğu gələcəkdə üzə çıxacaq.

Qeyd edək ki, Gorus-Qafan yolunun bəzi hissələri hələ sovet dövründə Azərbaycan ərazisindən, Qubadlıdan çəkilib.
 

Ötən ilin noyabrında Azərbaycan Qubadlı və Zəngilan istiqamətlərində öz dövlət sərrhədlərini bərpa edəndən sonra yol Azərbaycanın nəzarətinə keçib. Amma Bakı xoş məram nümayiş etdirərək alternativ yol çəkilənə qədər yolun bu hissələrindən hərəkətə icazə vermişdi.


İndi yolda hərəkətin beton bloklarla bir neçə hissədə məhdudlaşdırılması Azərbaycan tərəfinə imkan verəcək ki, onun ərazisindən daşınan yüklərə də qismən nəzarət edə bilsin. Çünki aylardır belə məlumatlar və faktlar yayılır ki, İrandan Ermənistana, oradan isə Rusiya sülhməramlılarının nəzarətində olan Azərbaycan ərazilərinə şübhəli yüklərlə dolu TIR-lar hərəkət edir. (virtualaz.org)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yol polisindən avtobusu belə gözləyən piyadalara MÜRACİƏT – VİDEO

Yol polisindən avtobusu belə gözləyən piyadalara MÜRACİƏT – VİDEO

Həkim insultun nəzərə çarpmayan əlamətlərini açıqladı

Həkim insultun nəzərə çarpmayan əlamətlərini açıqladı

Kremldən Putinin üzü olan maskalarla bağlı suala REAKSİYA

Kremldən Putinin üzü olan maskalarla bağlı suala REAKSİYA

İş yerlərində sevgi macəralarının hansı riskləri var?

İş yerlərində sevgi macəralarının hansı riskləri var?

Ukraynaya ən çox silah tədarük edən ölkələrdən biri Rusiyanın qonşusu imiş... - FOTO

Ukraynaya ən çox silah tədarük edən ölkələrdən biri Rusiyanın qonşusu imiş... - FOTO

Dünyada ən çox tıxac olan şəhərlər açıqlanıb

Dünyada ən çox tıxac olan şəhərlər açıqlanıb

Maçado Rusiyanın Venesueladan çıxarılmasını tələb etdi

Maçado Rusiyanın Venesueladan çıxarılmasını tələb etdi

Yer yeni fəlakətlərin astanasında — HƏYƏCAN TƏBİLİ

Yer yeni fəlakətlərin astanasında — HƏYƏCAN TƏBİLİ

Bakıda 3 yeni stansiya inşa ediləcək – Bu ərazilərdən keçəcək

Bakıda 3 yeni stansiya inşa ediləcək – Bu ərazilərdən keçəcək

Britaniya və Almaniya Rusiya ilə müharibəyə hazırlaşır – RƏSMİ XƏBƏRDARLIQ

Britaniya və Almaniya Rusiya ilə müharibəyə hazırlaşır – RƏSMİ XƏBƏRDARLIQ

Messi dünya çempionatını buraxa bilər

Messi dünya çempionatını buraxa bilər

Məktəblər bağlandı, insanlara çölə çıxmamaq tapşırıldı – İranda nə baş verir?

Məktəblər bağlandı, insanlara çölə çıxmamaq tapşırıldı – İranda nə baş verir?

Dünyanın ən böyük Qurani-Kərim kitabı bu ölkənin muzeyində nümayiş olunur

Dünyanın ən böyük Qurani-Kərim kitabı bu ölkənin muzeyində nümayiş olunur

Azərbaycanın avtomobil bazarında kəskin dönüş - VİDEO

Azərbaycanın avtomobil bazarında kəskin dönüş - VİDEO

İsraildə iki yeni beynəlxalq hava limanı tikiləcək - Netanyahu

İsraildə iki yeni beynəlxalq hava limanı tikiləcək - Netanyahu

İranda avtobus gülləbaran olundu – 2 ölü, 2 yaralı var

İranda avtobus gülləbaran olundu – 2 ölü, 2 yaralı var

Süni intellekt xəstəxanada onlarla xəstəni necə şikəst etdi?

Süni intellekt xəstəxanada onlarla xəstəni necə şikəst etdi?

Netanyahu şərtlərini açıqladı

Netanyahu şərtlərini açıqladı

Saşa İliç: "Araz-Naxçıvan"la oyunda bəxtsizliklə üzləşdik"

Saşa İliç: "Araz-Naxçıvan"la oyunda bəxtsizliklə üzləşdik"

Ürək və bağırsaqlar üçün möcüzəvi QİDA

Ürək və bağırsaqlar üçün möcüzəvi QİDA

İran ABŞ ilə barışır?

İran ABŞ ilə barışır?

Rusiyanın strateji limanı bombalandı

Rusiyanın strateji limanı bombalandı

Tramp: "Xameneinin yerini canlı yayımda açıqlaya bilərdim, amma..."

Tramp: "Xameneinin yerini canlı yayımda açıqlaya bilərdim, amma..."

Bu ölkədə 3 gün ərzində 6 mindən çox insan öldürülüb

Bu ölkədə 3 gün ərzində 6 mindən çox insan öldürülüb

End of content

No more pages to load

RADİO