Qarabağ münaqişəsi zonasında aparılan axtarış işləri zamanı daha bir erməni hərbçinin meyiti tapılıb.
Bizim.Media “Sputnik Armenia”-ya istinadən xəbər verir ki, hərbçinin qalıqları Cəbrayıl rayonu ərazisində aşkarlanıb.
Erməni hərbçinin şəxsiyyətinin müəyyən edilməsi üçün məhkəmə-tibbi ekspertizası aparılacaq.
Bununla da indiyədək tapılan erməni hərbçilərin meyitlərinin sayı 1 652-yə yüksəlib.
Bizim.Media