Jurnalist cəbhəsi - “Oğlumuz Məğrurun yolunu həsrətlə gözləyir”

“Bu xəbər mənim üçün çox gözlənilməz oldu. Hətta möhlət istəyib bəzi işləri qaydasına salıb sonra getməyi məsləhət gördüm. Amma əsəbləşib “Olmaz, Vətən çağırırsa, getmək lazımdır” deyib yola düşdü”.

Bu sözləri Bizim Media-nın “Jurnalist cəbhəsi” rubrikasının həmsöhbəti, tanınmış jurnalist Fərəh Sabirqızı hazırda cəbhədə olan həyat yoldaşı, həmkarımız Məğrur Əli Polad barədə danışarkən dedi. 

Məğrur Əli Polad 20 ildən artıqdır media sahəsindədir. İndiyədək ölkənin aparıcı qəzetləri və xəbər saytlarında rəhbər vəzifələrdə çalışıb. 10 ilə yaxındır “Kaspi” qəzetində baş redaktor müavinidir.




Məğrur əslən Füzlidəndir, ehtiyatda olan zabit qismində sentyabrın 21-də təlim toplanışına çağırılıb.

Fərəhin sözlərinə görə, sonrakı bir həftə ərzində bir neçə hərbi hissələrdə toplanışlarda oldu:

“Həmin günlər rahat əlaqə saxlaya bilirdik. Artilleriya bölməsində kiçik qrup komandiri qismində qulluq edirdi. Hər şey sentyabrın 27-dən sonra dəyişdi”.

Deyir ki, doğma Füzulisinin işğaldan azad olunmasında iştirakına görə, Məğrur özünü çox xoşbəxt hiss edir, qürurlanırdı.

Daha sonra fərqli mövqelərdə, müxtəlif rayonlarda aparılan döyüşlərdə iştirak edib: 

“Şuşanın azad olunmasından bir neçə gün öncə həmin istiqamətdə hərəkət etdiklərini təxmin edirdim, ona görə çox narahat idim. Şükür, nəhayət, salamat olması haqqında xəbər ala bildik”.

Fərəh bu müddət ərzində uşaqlara və həyat toldaşının valideynlərinə də bacardığı qədər mənəvi dəstək olmağa çalışıb. Qızları artıq universitet tələbəsidir, özü də vəziyyəti yaxşı analiz edir. Bəzən anasının onu dəstəkləməyi əvəzinə, özü anasına ürək-dirək verir. 



Balaca oğlu müharibə olduğunu dərk etsə də, atasının bu qədər uzun müddət evə qayıtmamasını anlamır.

Fərəh deyir ki, oğlumuz Məğrurun evə qalib ordunun zabiti kimi dönəcəyi günü səbirsizliklə gözləyir: 

“Bu müddət ərzində ətrafdakı insanlardan, yaxınlarımdan, özümün və Məğrurun iş yoldaşlarından, ümumi həmkarlarımızdan güclü dəstək almışam. Hər kəs köməyini təklif edib. Mətbuat Şurası, Jurnalistləri Həmkarlar İttifaqının rəhbərləri, dostlarımız bizi ziyarət ediblər”.

Məğrur hələ də Azərbaycan ordusunda xidmətini davam edir. Yaxın vaxtlarda artıq məcburi köçkün statusu olmadan, qalib ordunun əsgəri kimi evinə, işinə geri dönəcək.

Ağanisə Sultan, Bizim Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kobud sayılan bu 7 davranış əslində yüksək zəka əlamətidir

Kobud sayılan bu 7 davranış əslində yüksək zəka əlamətidir

Metrodakı problemin səbəbi AÇIQLANDI

Metrodakı problemin səbəbi AÇIQLANDI

Təhsil seçimində tələbələri çaşdıran SUAL - MBA, yoxsa magistratura?

Təhsil seçimində tələbələri çaşdıran SUAL - MBA, yoxsa magistratura?

Vilayət Eyvazovdan yetkinlik yaşına çatmayanlarla bağlı TƏLƏB

Vilayət Eyvazovdan yetkinlik yaşına çatmayanlarla bağlı TƏLƏB

Meloni Azərbaycana gələcək – BU TARİXDƏ

Meloni Azərbaycana gələcək – BU TARİXDƏ

Qırmızı Bazara KÖÇ: 17 ailəyə evlərin açarları təqdim olundu – FOTO

Qırmızı Bazara KÖÇ: 17 ailəyə evlərin açarları təqdim olundu – FOTO

Bakı metrosunun stansiya rəisi dünyasını dəyişdi - FOTO

Bakı metrosunun stansiya rəisi dünyasını dəyişdi - FOTO

DİN və DSX birgə əməliyyat keçirdi: Tutulan var - ANBAAN VİDEO

DİN və DSX birgə əməliyyat keçirdi: Tutulan var - ANBAAN VİDEO

Bakıda evlər ucuzlaşır? – İntensiv yağışlardan sonra mənzil bazarında SON VƏZİYYƏT

Bakıda evlər ucuzlaşır? – İntensiv yağışlardan sonra mənzil bazarında SON VƏZİYYƏT

Elnur Abbasquliyev yüksək vəzifəyə TƏYİN OLUNDU

Elnur Abbasquliyev yüksək vəzifəyə TƏYİN OLUNDU

Narkoloji Dispanserdə 26 yaşlı oğlan həyatını itirdi

Narkoloji Dispanserdə 26 yaşlı oğlan həyatını itirdi

Əvvəllər işlədiyi şirkətdən 25 minlik oğurluq edən şəxs SAXLANILDI

Əvvəllər işlədiyi şirkətdən 25 minlik oğurluq edən şəxs SAXLANILDI

Çörəyin qiyməti ilə bağlı MÜHÜM AÇIQLAMA

Çörəyin qiyməti ilə bağlı MÜHÜM AÇIQLAMA

Tramp: “İran dəfələrlə atəşkəsi pozub!” - FOTO

Tramp: “İran dəfələrlə atəşkəsi pozub!” - FOTO

Bakıdakı məktəbdə şagirdin hədəsi səbəbindən dərslər dayandırılıb? – RƏSMİ

Bakıdakı məktəbdə şagirdin hədəsi səbəbindən dərslər dayandırılıb? – RƏSMİ

“Qarabağ” Elvin Cəfərquliyevi TRANSFERƏ ÇIXARDI

“Qarabağ” Elvin Cəfərquliyevi TRANSFERƏ ÇIXARDI

Köç karvanı Ağdam şəhərinə çatdı – FOTO-VİDEO

Köç karvanı Ağdam şəhərinə çatdı – FOTO-VİDEO

"Yeraltı"nın aktyorundan mafiya serialları ilə bağlı iddialara cavab

"Yeraltı"nın aktyorundan mafiya serialları ilə bağlı iddialara cavab

1 avroya evlər satışa ÇIXARILDI

1 avroya evlər satışa ÇIXARILDI

Metronun fəaliyyəti BƏRPA OLUNDU - YENİLƏNİB

Metronun fəaliyyəti BƏRPA OLUNDU - YENİLƏNİB

Lənkəran sakini müharibədə həlak oldu – FOTO

Lənkəran sakini müharibədə həlak oldu – FOTO

Bu görüntüləri müzakirə yaratdı - Video

Bu görüntüləri müzakirə yaratdı - Video

Ermənilər ayı paltarı geyinib, maşınlara hücum etdilər – ABŞ-da FİLM KİMİ CİNAYƏT

Ermənilər ayı paltarı geyinib, maşınlara hücum etdilər – ABŞ-da FİLM KİMİ CİNAYƏT

Moskva metrosunda partlayış – ANBAAN VİDEO

Moskva metrosunda partlayış – ANBAAN VİDEO

End of content

No more pages to load

RADİO