Cəfər Cabbarlının beyni harada saxlanılır? – ARAŞDIRMA

Böyük dramaturq, cavan yaşında dünyasını dəyişən dahi yazıçı Cəfər Cabbarlının ədəbi irsi tədqiqatçıların hər zaman diqqət mərkəzində olub. C.Cabbarlının hələ 15-16 yaşlarında gizli imzalarla yazdığı musiqi təhlilləri hələ də müasir dövrdə  ali təhsilli musiqişünasları təəccübləndirə bilir.

Dahi şəxsiyyətin fitri istedadı təkcə ədəbi irsi ilə yetinməyib və buna görə də ölümündən sonra da onu diqqət mərkəzində saxlayıb.

Bəzi arxiv sənədlərini araşdıran elm adamları Cəfər Cabbarlının ölümündən sonra da müəmmalı hadisələrin baş verməsini iddia edirlər. Bu haqda versiyalardan biri də dahi dramaturqun dəfn edildikdən sonra Sovet hakimiyyətinin gizli orqanları tərəfindən beyninin oğurlanaraq tədqiqat üçün Moskvaya aparıldığı haqqında gəzən söz-söhbətdir. Müasir dövrdə bu haqda çox az informasiyalara rast gəlmək olur.
 

Lakin bəzi gizli mənbələrin bildirdiyinə görə, 86 ildir məzardan çıxarılan C.Cabbarlının beyni xüsusi olaraq qorunur. Hazırda İngiltərənin paytaxtı Londan şəhərində gizli şəkildə laboratoriyaların birində saxlanılır. 


Xatırladaq ki, Cəfər Cabbarlının beyni adi insan beynindən çəkisinə görə fərqlənib. Belə ki, tibbi elminə bəlli olan məlumatlara görə adi insanın beyin kütləsi 1.4 kq olduğu halda dramaturqun beyninin 2775 qram çəkisi olub. Bundan başqa onun beyin qırışları da daha dərin olub.

Musiqişünas alim, professor Abbasqulu Nəcəfzadə Bizim.Media-ya açıqlamasında bildirib ki, bu cür faktlar mövcuddur, çünki Cəfər Cabbarlının demək olar ki, bir çox sahələrdə olan fitri istedadı onu dövrünün ən dahi şəxsiyyətinə çevirib.

“Mən də arxiv sənədlərinə istinad edilən mənbələrdən bu barədə məlumat almışam. Məlumata görə, onun beyni həqiqətən də əvvəl Moskvaya, daha sonra isə tədqiqat üçün Londona aparılıb. Düşünürəm ki, bu faktlar mövcuddur və onlar boş yerə yazılmayıb. Dünyanın 2-3 belə nadir insanları olub ki, beyinləri tədqiqat olunub.

Çünki onların bu cür istedada sahib olmalarının səbəbləri araşdırılıb. C.Cabbarlının ağlasığmaz istedadı vardı, bir növ bu cismin ruh aləmi ilə təmasından doğurdu.

O zamanlar kompyuter, texnologiya əsri deyildi. Bakıdan kənara çıxmayan insan Türkiyədə olan hadisələri elə dəqiqliklə təsvir etmişdi ki, elə bil nə vaxtsa o hadisələrin içərisində olub. Bu da hamıya təəccüblü gəlirdi.
 

A.Nəcəfzadə Cəfərin hələ 16 yaşında olduğu zaman dahi bəstəkar Üzeyir Hacıbəyovun “Leyli və Məcnun” tamaşası haqqında yazdığı musiqi təhlilindən də söz açıb. 


“C.Cabbarlı ilk dəfə dahi Üzeyir Hacıbəyovun “Leyli və Məcnun” tamaşasında 9 yaşında olub. Yenidən 16 yaşında tamaşaya baxdıqdan sonra onun haqqında “Bakinskiy raboçi” qəzetində tənqidi yazı yazıb. Gizli imza və səlis rus dilində yazılan bu məqalə Üzeyir bəyi də çaş-baş salır. Çünki musiqi təhsili olmayan Cəfər orada xüsusi terminləri ilə ən xırda detallara, səhvlərə belə toxunmuşdu. Hətta Üzeyir bəy bu yazının Moskvanın sifarişi ilə rus musiqi tənqidçisinin yazıldığını düşünür. Bundan sonra Üzeyir bəy digər tamaşada qeyd olunan iradlara əsasən əsərə dəyişiklik edib. Cəfər Cabbarlının həm həyatı, həm də ölümü hələ də sirr olaraq qalmaqdadır”.

Mövzu ətrafında araşdırmamız davam edir. 

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Balakəndəki ilk kanat yolu yenidən qurulur - FOTO

Balakəndəki ilk kanat yolu yenidən qurulur - FOTO

Prezidentin fərmanı ilə ləğv edilən qurumların rəhbərləri KİMLƏR İDİ?

Prezidentin fərmanı ilə ləğv edilən qurumların rəhbərləri KİMLƏR İDİ?

“Qarabağnamə” Balakəndə sənətsevərlərə təqdim olunub - FOTO

“Qarabağnamə” Balakəndə sənətsevərlərə təqdim olunub - FOTO

Nazir və deputatın mübarizəsi gündəm oldu: MARAQLI görüntülər - VİDEO

Nazir və deputatın mübarizəsi gündəm oldu: MARAQLI görüntülər - VİDEO

Əməkdar artistin bacısının evi qarət olundu

Əməkdar artistin bacısının evi qarət olundu

Türkiyə millisinin üzvü İtaliya klubuna keçir

Türkiyə millisinin üzvü İtaliya klubuna keçir

Naftalanda yeniyetməni parkda zibil qabına atıb, videosunu tiktok-da yaydılar

Naftalanda yeniyetməni parkda zibil qabına atıb, videosunu tiktok-da yaydılar

Meteohəssas insanlara XƏBƏRDARLIQ

Meteohəssas insanlara XƏBƏRDARLIQ

Bu şəxslərə hər ay 1500 manat veriləcək - ADLAR

Bu şəxslərə hər ay 1500 manat veriləcək - ADLAR

Gecə yarısı dəhşətli anlar: "Jeep" sürücüsünü qarət edənlərə AĞIR CƏZA istənildi - ANBAAN VİDEO

Gecə yarısı dəhşətli anlar: "Jeep" sürücüsünü qarət edənlərə AĞIR CƏZA istənildi - ANBAAN VİDEO

SON DƏQİQƏ: Rusiya mayın 8-dən 10-dək ATƏŞKƏS elan etdi

SON DƏQİQƏ: Rusiya mayın 8-dən 10-dək ATƏŞKƏS elan etdi

Millimiz Qəbələdə toplanış keçəcək

Millimiz Qəbələdə toplanış keçəcək

Körfəz Əməkdaşlıq Şurasından İrana XƏBƏRDARLIQ: BƏƏ-nin yanındayıq!

Körfəz Əməkdaşlıq Şurasından İrana XƏBƏRDARLIQ: BƏƏ-nin yanındayıq!

Missisipi ştatında silsilə tornadolar olub: xəsarət alanlar var

Missisipi ştatında silsilə tornadolar olub: xəsarət alanlar var

Rubio Vatikanda Roma Papası ilə görüşdü: əsas mövzu Yaxın Şərq oldu

Rubio Vatikanda Roma Papası ilə görüşdü: əsas mövzu Yaxın Şərq oldu

Sumqayıtda gənc qızı maşınına dəvət edən sürücü CƏZALANDIRILDI

Sumqayıtda gənc qızı maşınına dəvət edən sürücü CƏZALANDIRILDI

Qaxda hasar uçdu: şəhər və 4 kəndin qazı kəsildi - FOTO

Qaxda hasar uçdu: şəhər və 4 kəndin qazı kəsildi - FOTO

Qurban Qurbanovun yeni biznesi: Açılışa KİMLƏR gəldi?

Qurban Qurbanovun yeni biznesi: Açılışa KİMLƏR gəldi?

Bu qurumlar metropolitenə birləşir - NƏ DƏYİŞƏCƏK?

Bu qurumlar metropolitenə birləşir - NƏ DƏYİŞƏCƏK?

Bakıda qəbiristanlıqda DƏHŞƏT: Üçmərtəbəli ev tikdilər, qəbirlər dağıntılar altında qaldı - VİDEO

Bakıda qəbiristanlıqda DƏHŞƏT: Üçmərtəbəli ev tikdilər, qəbirlər dağıntılar altında qaldı - VİDEO

Monteneqroda Milli Məclisə müşahidəçi statusu verildi - FOTO

Monteneqroda Milli Məclisə müşahidəçi statusu verildi - FOTO

Sumqayıtda yataqxanada yanğın: 12 nəfər təxliyə edildi - FOTO/VİDEO

Sumqayıtda yataqxanada yanğın: 12 nəfər təxliyə edildi - FOTO/VİDEO

Tanınmış idmançı güllələndi - Cinayət anının VİDEOSU

Tanınmış idmançı güllələndi - Cinayət anının VİDEOSU

Gəmidə yayılan virusla bağlı ÜST-dən açıqlama

Gəmidə yayılan virusla bağlı ÜST-dən açıqlama

End of content

No more pages to load

RADİO