“İnsanlar yoxlama işinin bahalı olduğunu nəzərə alaraq, çox zaman testdən keçmirlər”.
Bizim.Media-nın məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında deputat Sabir Rüstəmxanlı belə deyib.
Millət vəkili qeyd edib ki, adamların imkanı olmadığı üçün testdən keçmirlər və yoluxma halları artır:
“Bu, nəzərə alınmalıdır. Bundan başqa, pik saatlarda avtobuslara yaxın düşmək mümkün deyil. Elə bil, hər dayanacaqda mitinq gedir. Metronu açmaq bu işi asanlaşdırar. Əlaqədar qurumlar bunu nəzərə alsalar yaxşı olar”.
Sədr Sahibə Qafarova isə bildirib ki, ötən iclasların birində deputat Soltan Məmmədov testlərin pulsuz olduğunu demişdi.
Bizim.Media