Gürcüstanda koronavirusdan ölənlərin sayında yeni antirekord qeydə alınıb. Ötən sutkada daha 4 901 nəfər COVID-19-a yoluxub. 2 586 nəfər müalicə olunaraq sağalıb, 74 pasiyent isə koronavirusun qurbanı olub.
Bizim.Media xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin rəsni stopgov.ge saytında məlumat yerləşdirilib.
Bildirilir ki, bu günədək Gürcüstanda COVID-19 infeksiyasına yoluxanların ümumi sayı 510 min 941-ə, sağalanların sayı 442 min 956-ya, ölənlərin sayı isə 6 min 723-ə çatıb.
Hazırda ölkədə 61 min 236 aktiv xəstə var.
Bizim.Media