Koronavirusun insana təkcə hava-damcı yolu ilə yox, cinsi əlaqə zamanı da ötürülə biləcəyi açıqlandı.
Bizim.Media xəbər verir ki, virus intim yaxınlıq zamanı cinsi orqanların selikli qişası və öpüşlə çox asanlıqla keçə bilər.
Həkimlərin szğlərinə görə, hətta həmin vaxt əlaqədə olduğunuz insan tam sağlam görünsə də, arxayın olmaq olmaz.
Xüsusən selikli qişalarında hər hansı zədə, yara olarsa virus orda yuva sala bilir.
“Selikli qişaların üst səthi bütün infeksion xəstəliklər üçün açıq qapıdır. Ona görə də virus təhlükəsi olan ölkələrdə ötəri intim münasibətlərdən uzaq durmaq məsləhətdir. Bu həm qadınlara, həm də kişilərə aiddir”.
Bizim.Media