Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 256 yoluxma halı qeydə alınıb.
Bizim.Media "Sputnik Armenia"-ya istinadən verdiyi xəbərə görə, ölkədə indiyə qədər koronavirusa yoluxanların ümumi sayı 234 814-ə çatıb.
Son 24 saat ərzində ölkədə COVID-19-dan 7 ölüm halı qeydə alınıb. Bununla da Ermənistanda infeksiyaya yoluxaraq ölənlərin ümumi sayı 4 702 nəfərə çatıb.
Bizim.Media