"Kürəkənimlə başqa münasibətim var. O, uşaqlıqdan valideynlərini itirib. Mən də onu övladlarımdan ayırmıram. Hətta əməkdaşlıq edirik. Mənim paltarlarımı, şlyapalarımı kürəkənim tikir. Onu oğlumdan fərqləndirmirəm".
Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan "Səhər mərkəzi" proqramında kürəkəni ilə bağlı sualları cavablandırarkən deyib.
O bildirib ki, qızı Gülşənin həyat yoldaşı ilə eyni evdə yaşayır:
"Sənətdə, hər şeydə özümü qurban vermişəm. Uşaqlarımı o çətinlikləri yaşamağa qoymamışam. Onlar atasızlığı hiss etməyiblər. Kənardan baxıb deyirlər, Elza öz həyatını yaşayır. Amma mən həyatımı yaşamamışam, özümü uşaqlarıma qurban vermişəm”.
Bizim.Media