“Azərbaycan "Pfizer" vaksinini mayın 31-də qəbul edib”.
Bizim.Media xəbər verir ki, bunu TƏBİB-in Dərman və tibb vasitələri departamentinin rəhbəri Elmin Quliyev dərman təhlükəsizliyi və farmakonəzarət mövzusunda sualları cavablandırarkən bildirib.
Onun sözlərinə görə, bu vaksin ilkin olaraq mənfi 60-80 dərəcə temperaturda saxlanılmalıdır:
“Bu halda “Pfizer” vaksini 6 ay saxlanıla bilir. Amma daha sonra açıqlandı ki, 2-8 dərəcə temperaturda 31 gün saxlamaq olar, bu, ÜST, Avropa Dərman Agentliyi və “Pfizer” şirkəti tərəfindən də rəsmi təsdiqləndi. Həmin vaksini mərkəzi anbarda mənfi 60-80 dərəcə temperaturda saxlamaq olar, tibb məntəqələrinə isə çatdırıb 2-8 dərəcə temperaturda saxlamaq mümkündür”.
Bizim.Media