Ermənistanın müdafiə naziri Arşak Karapetyan Moskvada Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə görüşüb.
Bizim.Media Ermənistan mətbuatına istinadla xəbər verir ki, görüşdə bölgədəki vəziyyət müzakirə edilib.
Rusiya Federasiyasının müdafiə naziri danışıqlardan sonra Ermənistan Müdafiə Nazirliyinin rəhbərinə xəncər təqdim edib:
“Güman edə bilərik ki, Ermənistana silah tədarükü prosesinə başlanılıb"- Şoyqu hədiyyəni təqdim edərkən belə deyib.
Bizim.Media