Muğlanın Dalaman bölgəsində meşədə yanğın başlayıb.
Bizim.Media Türkiyə mətbuatına istinadla xəbər verir ki, hava limanına 500 metr məsafədə olan yanğına qurudan və helikopterlərlə havadan müdaxilə edilir.
Dalaman hava limanındakı sərnişinlərin qorxaraq yanğını izlədiyi bildirilir. Meşədəki yanğının səbəbi hələ ki, məlum deyil.
Bizim.Media