"TV8"in rəhbəri Acun Ilıcalı Türkiyədə baş verən yanğınlarda evlərini itirən vətəndaşlar üçün hərəkətə keçib.
Bizim.Media xəbər verir ki, bu barədə "AHBAP" yardım dərnəyinin sahibi müğənni Haluk Levent tvitter hesabında məlumat verib.
O bildirib ki, Acun onun dərnəyinin siyahısına uyğun olaraq yardıma ehtiyacı olan 100 ailəyə 5 milyon lirə (988 min manat) dəyərində yardım göstərəcək.
Bizim.Media