Baş Prokurorluq Peqovla bağlı Rusiyaya müraciət etdi

Bəzi kütləvi informasiya vasitələrində və sosial media səhifələrində “WarGonzo” layihəsinin müəllifi Rusiya Federasiyasının vətəndaşı Semyon Vladimiroviç Peqovun “SolovyovLive” verilişində Yaxın Şərq və Orta Asiya Araşdırmaları Mərkəzinin direktoru Rusiya Federasiyasının vətəndaşı Semyon Arkadeviç Baqdasarovla “Dağlıq Qarabağ və ətraf rayonların işğaldan azad edilməsi” mövzusunda birgə apardıqları videoformatlı müzakirə zamanı ermənilərin məğlubiyyətlə barışmayaraq Qarabağdakı Azərbaycan əsgərlərinə hücumlar edilməsi, müxtəlif döyüş əməliyyatlarının hazırlanması, partizan müharibəsinin başlayacağı barədə proqnozlar vermələri, bununla bağlı müəyyən məlumatlarının olması və müxtəlif üsullarla təxribat xarakterli ifadələrə yol vermələri  müəyyən edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, Semyon Peqov və Semyon Baqdasarovun əməllərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 214-2 (terrorçuluğa açıq çağırışlar), 281.2 (bir qrup şəxs tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar), 283.2.1-ci (zor tətbiq etmə hədəsi ilə mill düşmənçiliyin salınmasına yönələn açıq çağırışlar kütləvi informasiya vasitələrindən istifadə edilməklə törədildikdə) maddələrinin əlamətləri mövcud olduğundan, toplanmış materiallar Baş Prokurorluğunun İstintaq İdarəsində Semyon Peqovun Azərbaycan Respublikasının dövlət sərhədini sənədlər olmadan qanunsuz keçməsi, ölkəmizin ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etməsi faktına dair Cinayət Məcəlləsinin müvafiq maddələri ilə istintaqı aparılan cinayət işinə əlavə edilməklə istintaq yolu ilə araşdırılması davam etdirilir.

Göstərilən xüsusatlarla əlaqədar cinayət işinin istintaqı çərçivəsində Rusiya Federasiyasının Baş Prokurorluğuna və digər ölkələrin hüquq-mühafizə orqanlarına hüquqi yardımın göstərilməsi haqqında rəsmi vəsatətlər göndərilməklə, Semyon Peqov və digərləri ilə bağlı zəruri istintaq hərəkətlərinin keçirilməsi xahiş edilib.

Vəsatətlərin icra edilməsi ilə bağlı Baş Prokurorluq tərəfindən həmkarlarla daimi əlaqə saxlanılmaqla, istintaqın gedişatı və nəticəsi barədə ictimaiyyətə ətraflı məlumatın verilməsi təmin ediləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Altıncı “Yüksəliş” müsabiqəsinin Ümumi biliklər imtahanı keçirildi

Altıncı “Yüksəliş” müsabiqəsinin Ümumi biliklər imtahanı keçirildi

“Bakı Marafonu 2026”ın qaliblərinə mükafatı Leyla Əliyeva təqdim etdi

“Bakı Marafonu 2026”ın qaliblərinə mükafatı Leyla Əliyeva təqdim etdi

Səhhətində problem yaranan Aygün Kazımova bu gün də səhnəyə çıxmadı - VİDEO

Səhhətində problem yaranan Aygün Kazımova bu gün də səhnəyə çıxmadı - VİDEO

“Bakı Marafonu 2026”dan yaddaqalan FOTOLAR

“Bakı Marafonu 2026”dan yaddaqalan FOTOLAR

Tofiq Paşayevə AĞIR İTKİ

Tofiq Paşayevə AĞIR İTKİ

Möhsün Rəzai ABŞ-ı “aviadaşıyıcıları olan pirat” adlandırdı

Möhsün Rəzai ABŞ-ı “aviadaşıyıcıları olan pirat” adlandırdı

ABŞ-da Trampın adı ilə bağlı 12 layihə və məkan var

ABŞ-da Trampın adı ilə bağlı 12 layihə və məkan var

Zelenski İrəvana gəldi

Zelenski İrəvana gəldi

"Bakı Marafonu 2026"da 1-ci yerin sahibinə veriləcək MƏBLƏĞ açıqlandı

"Bakı Marafonu 2026"da 1-ci yerin sahibinə veriləcək MƏBLƏĞ açıqlandı

Anar Ələkbərov bulvarda təqaüdçülərlə şahmat oynadı - FOTO

Anar Ələkbərov bulvarda təqaüdçülərlə şahmat oynadı - FOTO

Sürücülük vəsiqəmiz hansı ölkələrdə tanınır? - FOTO

Sürücülük vəsiqəmiz hansı ölkələrdə tanınır? - FOTO

Təyyarə körpü ilə TOQQUŞDU - ANBAAN VİDEO

Təyyarə körpü ilə TOQQUŞDU - ANBAAN VİDEO

Sabahın havası bu insanlar üçün əlverişlidir

Sabahın havası bu insanlar üçün əlverişlidir

ABŞ-da təyyarə qəzası: Piklbol komandasının 5 üzvü həlak oldu – VİDEO

ABŞ-da təyyarə qəzası: Piklbol komandasının 5 üzvü həlak oldu – VİDEO

Mayda hansı bürclər sevgi tapacaq və evlilik qərarı verəcək? – Astroloji proqnoz

Mayda hansı bürclər sevgi tapacaq və evlilik qərarı verəcək? – Astroloji proqnoz

Süni intellekt hansı peşələri sıradan çıxara bilər? – Ekspertlərdən XƏBƏRDARLIQ

Süni intellekt hansı peşələri sıradan çıxara bilər? – Ekspertlərdən XƏBƏRDARLIQ

Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

Diabet riskini azaldan gündəlik VƏRDİŞLƏR

Diabet riskini azaldan gündəlik VƏRDİŞLƏR

Üç ayda Türkiyəyə 9,2 milyon turist gəlib

Üç ayda Türkiyəyə 9,2 milyon turist gəlib

"Ürəyimi açdım, arxamdan VURDU"

"Ürəyimi açdım, arxamdan VURDU"

Avtomobildə yüksək səslə musiqi dinləyənlərə XƏBƏRDARLIQ

Avtomobildə yüksək səslə musiqi dinləyənlərə XƏBƏRDARLIQ

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Leyla Əliyeva və Arzu Əliyeva Beynəlxalq Xalça Festivalını ziyarət etdilər - FOTO

Leyla Əliyeva və Arzu Əliyeva Beynəlxalq Xalça Festivalını ziyarət etdilər - FOTO

Anar Ələkbərov "Bakı Marafonu 2026"dan paylaşım etdi - FOTO

Anar Ələkbərov "Bakı Marafonu 2026"dan paylaşım etdi - FOTO

End of content

No more pages to load

RADİO