Qarabağdakı rus sülhməramlı kontingentinin komandiri Rüstəm Muradovla Ermənistanın yeni müdafiə naziri Arşak Karapetyan arasında İrəvanda görüş baş tutub.
Bizim.Media “armeniasputnik.am” saytına istinadən xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Görüş zamanı sülhməramlı kontingentin komandiri müdafiə nazirini vəzifəyə başlaması münasibətilə təbrik edib.
Tərəflər arasında danışıqlarda Ermənistan-Azərbaycan sərhədindəki mövcud vəziyyət, eyni zamanda sülhməramlı missiya ilə bağlı meydana çıxan əsas problemlər müzakirə edilib.
Qeyd edək ki, bu görüş Arşak Karapetyanın Ermənistanın müdafiə naziri vəzifəsində ilk rəsmi görüşüdür.
Bizim.Media
