Antalyanın Manavqat rayonunun Çardak məhəlləsinin Balamut istiqamətində dünən gecə yanğınsöndürmə zamanı meşə məmurları ilə mübahisə edən müğənni Yusif Güney saxlanıb.
Bizim.Media xəbər verir ki, müğənninin yanğınsöndürənlərlə mübahisəsinə səbəb onun qadağan olunan yerlərə müdaxilə etmək istəyi olub.
Yardıma gedən Güney qəzəblənərək yanğınsöndürənlərin üzərinə hücum çəkərək, tapança ilə havaya bir neçə dəfə arəş açıb. O, polis tərəfindən ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.
Bizim.Media